"Football-plus.az" xəbər verir ki, Polski WTA-in qadınların turnirlərini izləyən tamaşaçıların sayının azlığı üzündən yaxın iki-üç ildə müflis olacağını demişdi. Saymon ona belə cavab verib:
“Qurumun maliyyə durumu yaxşıdı, ATP ilə birləşmək planlaşdırılmır. Gələcəyə ruh yüksəkliyi ilə baxırıq, qadın tennisinin inkişafını və genişlənməsini davam etdirəcəyik”.
WTA rəhbərinin sözlərinə görə, qarşıdakı 10 il ərzində qadın tennisçilər üçün kompensasiya xərcləri 400 milyon dollar artacaq.


