Ronaldo ilk mükafatını aldı

4.03.2023 16:09 284
Dünya futbolu
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında ilk mükafatını alıb.

"Football-plus.az" xəbər verir ki, o, ölkə çempionatında fevral ayının ən yaxşı oyunçusu seçilib. Ulduz futbolçuya fərdi mükafat “Əl-Nəssr” – “Əl-Batin” oyunundan (3:1) əvvəl təqdim edilib.

Xatırladaq ki, Ronaldo fevralda “Əl-Nəssr”in heyətində meydana çıxdığı 4 oyunda 8 qol vurmuş və 2 məhsuldar ötürmə etmişdi.