• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ı açıq futbol oynadığına görə qınamağa dəyərmi? – jurnalistlərin cavabı 

Manşet / Avropa Liqası

29-10-2023, 11:0

"Qarabağ" srağagün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi.

"Bayer-04"ün qonağı olan çempionumuz darmadağınla üzləşdi. Halbuki erkən qol buraxan "köhlən atlar" təslim olmayaraq irəli atılmış və hesaba tarazlıq gətirmişdi. Lakin ardından faciə baş verdi. Bu acı məğlubiyyətdən sonra futbol ictimaiyyəti yenə ikiyə bölünüb. Əsas dartışma mövzusu budu ki, “Bayer-04” çox güclüdü, yoxsa “Qarabağ” həmişəkindən zəif oynadı? Üstəlik ağdamlıları meydanda açıq futbol göstərməklə darmadağına yol açmaqda qınayanlar da var. Biz də məhz bu suala cavab tapmaq üçün iki həmkarımızın fikirlərini öyrəndik.

Kənan Həsənov: 

"Qarabağ"ı açıq futbol oynadığına görə qınamaq düzgün deyil. Çünki qapalı futbol oynayacağı təqdirdə məğlub olmayacağını iddia etmək sadəlövlük olardı. Həqiqətin gözünə dik baxmalıyıq. "Bayer-04" hər cəhətdən təmsilçimizdən güclü idi və bunu sərgilədiyi oyunla da göstərdi. Bir daha deyirəm, söhbət "Qarabağ"ın qələbə qazanmasından və ya heç-heçə etməsindən gedə bilməzdi. Əsas olan Leverkuzen təmsilçisinin neçə qol vurmaqla qələbəsini rəsmləşdirəcəyi idi. Deyək ki, "köhlən atlar" öz qapısı önündə qapanaraq komanda şəklində müdafiə olundu. Bu da uzaqbaşı 5 yox, 2-3 top buraxmağımızla nəticələnəcəkdi.  Amma məğlubiyyət reallığını dəyişdirməyəcəkdi. Yalnız "Bayer-04"ün təmsilçimizdən üstünlüyünü yox, Almaniya bundesliqası ilə Azərbaycan çempionatı arasındakı fərqi də gördük. İki ölkənin çempionatı arasında böyük bir uçurum var. Odu ki, "Qarabağ"ı məğlubiyyətə görə qınamaq, açıq futbol oynadığına görə tənqid etmək yersizdi.  Hesab edirəm ki, Ağdam təmsilçisi bu məğlubiyyətdən nəticə çıxarmalıdı. Real görünməsə də, Bakıdakı oyunda almanlardan 1 xal götürmək olar. Unutmayaq ki, futbolda sürpriz, sensasiyalar tez-tez olur. Sadəcə, qrupdakı perspektivimizi  nəzərə alsaq, şanslarımız var və çox şey özümüzdən asılıdı. İnanıram ki, “Qarabağ” 2-ci yerin sahibi kimi qrupdan çıxacaq". 

Anar Xanlarov: 
“Əvvəlcə ondan başlayaq ki, rəqib çox güclü idi. Baxanlar da bu iki komanda arasındakı böyük uçurumu gördü. Fikir bildirmək, nəyəsə görə irad tutmaq çox çətindi. Bəli, "Bayer" öncədən favorit idi, məğlubiyyət də gözlənilməz sayıla bilməz. Sadəcə, daha layiqli mübarizə və daha kiçik hesab ola bilərdi ki, bu da olmadı. Amma dediyim kimi, buna görə hansısa irad bildirmək də çox çətindi, çünki bu zaman dönüb çempionatımıza, futbolumuzun səviyyəsinə baxmalıyıq. Həmin "Qarabağ" "BayArena"da 30 min azarkeşin gözü önündə o cür oyundan sonra gəlib "Bəhramov"un boş tribunaları önündə "Araz-Naxçıvan"la oynayacaq. Bu iki məqam arasında ən azı beş dəfə fərq olduğunu nəzərə alsaq, "Bayer-04"ə darmadağına görə "Qarabağ"ı qınaya bilmirik. Oyun sisteminə gəlincə, bu haqda da nəsə demək çətindi. Bu gün düşünmək olar ki, bəlkə də "Bayer"ə qarşı elə açıq oynamalı deyildik, bəlkə də daha çox qapanıb əks-hücumlara bel bağlamalıydıq. Çünki diqqət yetirdizsə, "Qarabağ" 1:1-dən sonra da oyunun tempini salmağa çalışmadı, futbolçularımız topu tez oyuna daxil edir, hətta Lunyov topu tutandan sonra futbolçularımız meydançada yerini tutmamış topu oyuna daxil edirdi. Lakin heç kim də zəmanət verə bilməz ki, "Qarabağ" oyunu tam müdafiədən qursaydı, fərq bundan az olacaqdı. İstənilən halda, "Bayer" çox güclü idi və bizə şans yeri qoymadı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

29-10-2023, 11:0

“Bayer” – “Qarabağ” oyununun futbol baxımından müzakirə edilməsinin tərəfdarı deyiləm” – Səbuhi Səfiyarlının baxışı

Manşet / Avropa Liqası

28-10-2023, 18:0

“Zubirə, ümumiyyətlə, göz açmağa imkan vermədilər” – mütəxəssis “Qarabağ”ın darmadağınından danışdı

Avropa Liqası

2-09-2023, 12:0

“Qarabağ”ın qrupunun tam təqvimi - Avropa Liqası

Dünya futbolu

21-10-2023, 20:0

"Qarabağ"ın rəqibi liderliyini davam etdirir

Manşet / Avropa Liqası

5-10-2023, 21:0

"Həkken" də “Molde” tipli komandadı”

Manşet / Avropa Liqası

27-10-2023, 01:0

"Bunu öz vətənimizdə müzakirə etsək, yaxşı olar"

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə