• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son illərin ən qeyri-adi mövsümü - MBA-da nələr dəyişib, nələr yenilənib?

İdman

27-10-2023, 23:0

Oktyabrın 24-dən 25-nə keçən gecə Milli Basketbol Assosiasiyasında (MBA) yeni – 78-ci mövsüm start götürdü.

“Football-plus.az” xəbər verir ki, ABŞ ilə Azərbaycanın fərqli saat qurşaqlarında yerləşməsi müəyyən problem yaratsa da, əminik ki, ölkəmizdə əsl basketbolun həvəskarları yuxusuna haram qatmaq bahasına bu oyunun gözəlliklərindən ləzzət almağa vaxt tapacaq. Bax, oyunun gözəllikləri ilə bağlı fikirlə hər kəs razılaşmağa məcburdu. Sirr deyil ki, Avroliqa, qitə və dünya çempionatları, hətta Olimpaidanın basketbol turniri bir yanadı, MBA başqa yana! Necə deyərlər, MBA oyunları ali səviyyəli tamaşadı.

“Denver Naqqets”in tarixində ilk dəfə çempionluq kubokunu başı üzərinə qaldırmasından dörd ay keçib. Və artıq yeni basketbol mövsümü başlayır. Çox güman, biz qarşıdakı 8 ayda, yəni gələn ilin iyununa qədər son illərin ən qeyri-adi mövsümünü izləyəcəyik.

Yayda liqada yetərincə çox kadr yerdəyişməsi baş verdi: Demyen Lillard “Portlend”dən, Bredli Bil “Vaşinqton”dan ayrıldı. “San-Antonio” unikal Viktor Vembanyamaya yiyələndi, Kris Pol “Qolden Steyt”ə keçdi, Ceyms Harden “Filadelfiya”dan dəyiş-düyüş olunmasını istədi.

Daha bir maraqlı məqam: iyulun 1-dən qüvvəyə minən yeni kollektiv anlaşma da MBA-da böyük dəyişikliklərə səbəb oldu. Amerika basketbolunun həm çoxdankı fanatlarının, həm də yenicə bu idman növünə könül verməyə başlayanların bilməli olduğu başqa yeniliklər də var.

Kollektiv anlaşma ilə yanaşı, ən böyük dəyişikliklərdən biri də MBA-da yeni mövsümdaxili turnirin yaranmasıdı. Bəs bu turnirlə bağlı nələr məlumdu?

Çempionatın iştirakçısı olan 30 komanda təsadüfi qaydada 6 qrupa ayrılıb. Onların hər biri noyabrın 3-28-i aralığında qrupdakı 4 rəqiblə qarşılaşacaq (oyunlardan ikisini evdə, ikisini səfərdə keçirəcəklər). Öz qrupunda ən güclü olanlar “güzəştli kart” alacaq daha iki komanda ilə birgə pley-offa adlayacaq. “Güzəştli kart” qrupda 2-ci yeri tutan, bununla belə, öz konfransında daha yaxşı balansa malik olan komandalardan ikisinə veriləcək.

Mövsümdaxili turnirin pley-offu olimpiya sistemi (uduzan çıxır) ilə keçiriləcək. 1/4 final oyunları dekabrın 4-5-də, yarımfinallar 7-də, final isə 9-da keçiriləcək. Təqvim elə qurulub ki, həlledici oyunları çıxmaqla qalan bütün qarşılaşmalar MBA-nın müntəzəm çempionatının hesabına yazılacaq. Yəni yalnız mövsümdaxili turnirin qalibi və vitse-çempion 83 oyun keçirəcək, qalan komandalar isə köhnə qaydada 82 oyuna çıxacaq.

Bütün iştirakçılar ayrıca kubok və mükafat fondu uğrunda mübarizə aparacaq. Mükafat fondu komandaların yekun turnir cədvəlindəki mövqeyinə görə bölünəcək. Qalib komandanın hər oyunçusu 500 min dollar alacaq. Yeni turnirin ən dəyərli oyunçusu və rəmzi yığması da seçiləcək.

MBA rəhbərliyi bu il “yüklənmənin idarə olunması” və ya “load-menecment” siyasətinə güclü zərbə vurdu. Fərdi mükafatlara və ya rəmzi yığmalara düşməyə iddialı olan oyunçular mövsüm ərzində ən azı 65 oyuna çıxmalıdı. Bu yeniliyə əlavə kimi komandalar ulduzlarına heç bir əsas olmadan əlavə istirahət günü də verə bilməz.

MBA aşağıdakı hallarda dərhal təhqiqata başlayacaq:
* ulduz oyunçu milli televiziyada translyasiya olunan və ya mövsümdaxili turnirdə keçirilən oyunu buraxarsa;
* komanda ulduz oyunçusunun əlçatanlığı ilə bağlı bir neçə ardıcıllığın gözlənilmədiyi açıqlama verərsə;
* bir komandanın bir neçə ulduzu eyni vaxtda oyunu buraxarsa.
“Ulduz basketbolçu” ifadəsi altında son üç ildə MBA-nın rəmzi komandasına düşənlər və ya Ulduzların oyununda iştirak edənlər qəbul olunur. Belə birisi sağlamdısa, ancaq istirahətə ehtiyac duyursa, yenə də arenada olmalı və azarkeşlərin gözünə görünməlidi. Komanda bu qaydanı pozarsa, ciddi məbləğdə cərimə ilə üzləşəcək: ilk qayda pozuntusuna görə 100 min, ikinciyə görə 250 min dollar cərimə. 3-cü, 4-cü, sonrakı pozuntu hallarının hər birində cərimə məbləği 1 milyon dollar artacaq.
Yeni qaydada istisnalar da var. Məsələn, komanda “bek-tu-bek”ə (ardıcıl iki gün oynamağa belə deyirlər – red.) minimum bir həftə qalmış MBA-ya müraciət edərsə, onda aşağıda göstərilən basketbolçularına dincəlmək hüququ verə bilər:
* yaşı 35 və daha artıq olanlara;
* karyerası boyunca müntəzəm mövsümdə 34 min dəqiqə oynayanlara və ya müntəzəm mövsüm + pley-offda 1000 oyun keçirənlərə (məsələn, Mayk Konli, Stefen Karri, Demar Derozan, Kevin Dürant, Ceyms Harden, Lebron Ceyms);
* lap yaxınlarda ciddi şəkildə zədələnənlərə (məsələn, Kavay Leonard meniskin parçalanmasına görə əməliyyat olunub).
Bununla belə, komandalar buraxılan ev və səfər oyunları arasındakı balansa fikir verməlidi. Heç də hər kəs bu islahat dalğasından razı qalmasa da, MBA rəhbərliyi əmindi ki, idmançı sağlamdısa, oynamalıdı.
MBA-nın 2023/24 mövsümündə iki yeni oyun qaydası da işə düşəcək. Birincisi, liqa somulyasiyaya görə cəzaları sərtləşdirib. Bundan sonra “floppinq” texniki folla cəzalandırılacaq – qeyri-idmani davranış sayılmayacaq və meydandan qovulmağa səbəb olmayacaq (buna qədər iki qeyri-idmani davranışın cəzası qovulmaq idi), əvəzində simulyasiya edən basketbolçunun rəqibi olan komanda cərimə atışı ilə mükafatlandırılacaq. Bu yenilik artıq Yay liqasında uğurla sınaqdan keçirilib.

İkincisi, MBA-da məşqçi şikayətləri ilə bağlı qayda da yenilənib. Daha ilk şikayəti uğurla nəticələnən məşqçilərin ikinci şikayət haqqı itməyəcək. Yəni onların hər biri oyunun gedişində iki dəfə epizodun təkrarına baxılmasını tələb edə bilər.

…Beləliklə açılış oyununda son çempion “Denver” “Leykers”i məğlub etdi. “Naqqets”in mərkəz oyunçusu Nikola Yokiç qələbəyə 29 xal, 13 ribaund və 11 ötürmə ilə töhfə verdi.

25 oktyabr
Denver – Leykers 119:107 (34:20, 29:34, 24:26, 32:27)
Qolden Steyt – Finiks 104:108 (28:28, 18:33, 40:19, 18:28)
MBA çempionu olan bütün klublar
Leykers – 17
Boston – 17
Qolden Steyt – 7
Çikaqo – 6
San-Antonio – 5
Filadelfiya-76 – 3
Detroyt – 3
Mayami – 3
Nyu-York – 2
Hyuston – 2
Miluoki – 2
Baltimor Bullets (daha mövcud deyil) – 1
Roçester Royalz (indi Sakramento) – 1
Sent-Luis (indi Atlanta) – 1
Portlend – 1
Vaşinqton Bullets (indi Vaşinqton) – 1
Sietl (indi Oklahoma-Siti) – 1
Dallas – 1
Klivlend – 1
Toronto – 1
Denver – 1

Paylaş:
Digər xəbərlər

İdman

10-02-2023, 11:0

Azərbaycan basketbol tarixində ilk

İdman

16-05-2023, 11:0

Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək

İdman

5-07-2023, 11:0

Azərbaycan Basketbol Federasiyası Avropada ilk "10-luq"da

İdman

17-05-2022, 11:0

Basketbol Fedarasiyasının yeni loqosu

İdman

25-04-2023, 10:0

Astarada beynəlxalq basketbol yarışı keçiriləcək

İdman

23-08-2023, 22:0

“Klippers”in günü yollarda keçəcək

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə