Azərbaycan basketbol tarixində ilk

10.02.2023 11:33 283
İdman
Azərbaycan basketbol tarixində ilk dəfə olaraq bir mövsüm ərzində üçüncü bölgə komandası öz ev oyunlarını doğma azarkeşlər önündə keçirəcək.

Football-plus.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində son tamamlama işləri yekunlaşdıqdan sonra, yerli basketbolçular bu mövsüm ilk ev oyuna çıxacaqlar.

11 fevral saat 19:00 -da start götürəcək qarşılaşmada "Gəncə BK" komandasının rəqibi "AAAF Xırdalan BK" olacaq.