Basketbol Fedarasiyasının yeni loqosu

17.05.2022 11:59 444
İdman
Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, qurumun “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirində ağ fonda dizayn edilmiş loqo Azərbaycan bayrağının rənglərini tərənnüm edir.

Sadə şəkildə formalaşan loqoda basketbol topu əsas vasitəçi kimi göstərilib. Həmçinin basketbol meydançası, Azərbaycan bayrağının rənglərini əks etdirən lentlər və buta simvolu loqoda yer alıb.