• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Benfika”nın nə xalı var, nə də qolu...

Dünya futbolu

27-10-2023, 19:0

Qrup mərhələsinin ilk turunda “Real Sosyedad”la səfər oyununda bir xal (1:1) qazanan və evdə “Benfika”nı məğlub edən (1:0) “İnter” 3 xala malik olan “Zaltsburq”a qarşı matçın favoriti sayılırdı.

“Football-plus.az” xəbər verir ki, Çempionlar Liqasının son finalçısı cari mövsümün ən gənc heyətə malik komandasına qalib gəldi. Amma qələbə asanlıqla qazanılmadı.

Avstriyanın dəyişməz çempionu Milanda sürpriz edə bilərdi. Matça məhz qonaqlar yaxşı başladılar və Qluxun zərbəsini Zommer dəf etdi. Simone İnzaqinin komandası tədricən oyunu bərabərləşdirdi və sakitcə üstünlüyü ələ alaraq hesabı açdı. Təcrübəli hücumçu Sançes 19-cu dəqiqədə yaxın məsafədən qapıya yol tapdı. Milanlılar ilk hissənin qalan vaxtında təmkinli oyunla yadda qaldılar. Qonaq komanda isə matçın əvvəlində əl atdığı güclü pressinqi yenidən tətbiq etməkdə çətinlik çəkdi.

Fasilədən sonra mübarizənin axarında xüsusi dəyişiklik olmadı. Ev sahibləri fərqi artırmaq üçün yaxşı imkan qazansalar da, Auqusto şansı boşa verdi. 57-ci dəqiqədə Qlux rəqibə məşhur futbol deyimini xatırlatdı: Kyerqorun ötürməsini qəbul edən yarımmüdafiəçi topu qapının sağ küncünə yönəltdi. Hesabın bərabərləşməsi milanlıların oyununa əsla mənfi təsir etmədi. Çox keçmədən Frattezi komandasına penalti vurmaq hüququ qazandırdı, Çalhanoğlu isə yenidən hesabda önə keçmək üçün ələ düşən gözəl şansı qaçırmadı. Qalan vaxtda Lautaro Martinesin ofsayda görə hesaba alınmayan qolu daha çox yadda qaldı. Qonaqlar son dəqiqələrdə hücuma çox meyl etsələr də, hesabı dəyişə bilmədilər. Sözün düzü, bunun üçün real imkanları da olmadı. Beləliklə, qələbə “İnter”in qrupdakı mövqeyini bir qədər də gücləndirdi.

Lissabonda keçirilən matçda isə qonaqlar qalib gəldi. Çempionlar Liqasının ötən mövsümünün 1/4 finalçısı olan “Benfika” ardıcıl üçüncü məğlubiyyətini alaraq qrupun autsayderi kimi qaldı.

Rocer Şmidtin komandası “Real Sosyedad”la ev oyununda azarkeşlərinə növbəti məyusluğu yaşatdı. İspaniya klubu meydandakı mübarizəyə görə qələbəyə layiq idi. Baskoniyalılar çətin səfərə çıxsalar da, oyun planında rəqibi açıq-aşkar üstələdilər. Topa əla nəzarət etdilər, çox sayda dəqiq ötürmələrin hesabına qapı qarşısında ara-sıra təhlükəli vəziyyətlər yaratdılar. Sadəcə, İmanol Alquasilin komandasının ilk hissənin həlledici məqamlarında qapıya endirdiyi zərbələr qeyri-dəqiq alındı.
Amma bu planda problem 63-cü dəqiqədə həllini tapdı. Mendes komandasının gözəl kombinasiyasını qapıçı xətti üzərindən endirdiyi zərbə ilə başa vurdu. Az sonra Kubo qonaqların ikinci qolunu vurmağa borclu idi, amma yaponiyalı futbolçu qapı tirini titrətdi. Nəticədə xalını 7-yə çatdıran “Real Sosyedad” topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qaldı. “Benfika” isə ardıcıl üçüncü məğlubiyyətlə turnirin pley-offunda oynamaq şansını praktiki cəhətdən minimuma endirdi. Nə xalı, nə də qolu olan Şmidtin komandası böyük ehtimalla ən yaxşı halda 3-cü yeri tutaraq mübarizəni Avropa Liqasında davam etdirməyə ümid edə bilər.

1. Real Sosyedad 3 2 1 0 4-1 7
2. İnter 3 2 1 0 4-2 7
3. Zaltsburq 3 1 0 2 3-4 3
4. Benfika 3 0 0 3 0-4 0
8 noyabr: Zaltsburq - İnter, Real Sosyedad - Benfika.
Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Pley-offa vəsiqə qazanmaq baxımından vacib qələbədi. Matçın əvvəlində doğru oyunu tapmaqda çətinlik çəkirdik, amma hesabı açandan sonra topa yaxşı nəzarət etməyə başladıq. Buraxılan qola da yaxşı reaksiya verdik. “Zaltsburq”un bizə problemlər yaradacağını bilirdim. Çətinliklərə baxmayaraq, qələbəyə layiq olduğumuzu düşünürəm. İndi 7 xalımız var, amma bu qrup ümumilikdə bərabər səviyyədə olan komandalardan qurulub və hər oyun vacibdi. Bundan sonra ardıcıl iki səfər matçına çıxacağıq. Çempionlar Liqasında heç nəyin asanlıqla qazanılmadığını yaxşı bilirik”.

Luka Suçiç, “Zaltsburq”un yarımmüdafiəçisi: “Matçı ümumilikdə çox yaxşı keçirdik, İlk hissədə qol vurmaq üçün iki-üç yaxşı fürsətimiz oldu, ancaq onlardan yararlana bilmədik. Böyük komandalara problemlər yaratmağı bacardığımızı bir daha göstərdik”.

Rocer Şmidt, “Benfika”nın baş məşqçisi: “Yaxşı formada olan yaxşı komandaya qarşı oynadıq. Biz də yaxşı komanda ola bilərik, lakin bu gün heç də ən yaxşı oyunumuzu göstərə bilmədik. Həm fərdi planda, həm də kollektiv kimi daha yaxşı oynamalıydıq. “Real Sosyedad” oyuna nəzarət etdi, tola və topsuz oyunda bizi üstələdi”.

Brais Mendes, “Real Sosyedad”ın yarımmüdafiəçisi: “Çempionlar Liqası uşaqlıq illərindən oynamağı arzuladığım turnirdi. Matç bizim üçün, demək olar ki, ideal başladı. Yeri gəlmişkən, “İnter”lə ilk oyunda da qələbəyə layiq futbol sərgiləmişdik”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

5-10-2023, 22:0

“Benfika”nın qisası baş tutmadı

Çempionlar Liqası

24-09-2023, 15:0

Son finalçı məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Dünya futbolu

14-03-2023, 20:0

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

5-10-2023, 19:0

İlk oyunlarda qalib gələn olmadı

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 193
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 100
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə