• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Benfika”nın qisası baş tutmadı

Çempionlar Liqası

5-10-2023, 22:0

D qrupu
İnter - Benfika 1:0 (0:0)
İnter (Milan, İtaliya): Zommer, Pavar, Bastoni, Açerbi, Dyumfris (Darmian, 73), Barella (Klassen, 90+2), Dimarko (Auqusto, 84), Çalhanoğlu (Asllani, 84), Mxitaryan, Martines, Türam (Sançes, 73).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bax (Araujo, 22), Otamendi, Morato, Bernat (Kabral, 80), Neveş, Kökçü (P.Musa, 69), Di Mariya (Yurasek, 80), R.Silva (Şikinyo, 68), Eursnes, Neres.
Qol: Türam, 62.
Vərəqələr: Martines, 67. Barella, 68. Dyumfris, 70. Asllani, 90+5 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
3 oktyabr. Milan. 66573 tamaşaçı.

oyunun statistikası
21 (7) qapıya (“çərçivə”yə) zərbə 7 (3)
6 künc zərbəsi 5
3 ofsayd 2
10 qayda pozuntusu 5
4 (0) sarı (qırmızı) vərəqə 0 (0)
46 topa sahibolma (faizlə) 54

"Football-plus.az" xəbər verir ki, “İnter” qrup mərhələsinə “Real Sosyedad” ilə səfər oyununda başlamış, İtaliyaya böyük çətinliklə bir xalla (1:1) qayıtmışdı. İlk turda öz meydanında gözlənilmədən “Zaltsburq”a uduzan (0:2) “Benfika” İtaliya klubu ilə növbəti görüşə qisas hissi ilə çıxacaqdı. Xatırladaq ki, Çempionlar Liqasının son finalçısı ötən mövsüm 1/4 finalda lissabonluları iki oyunun (2:0, 3:3) nəticəsinə əsasən mübarizədən kənarlaşdırmışdı. Amma Rocer Şmidtin komandasının qisası baş tutmadı.

Milanda keçirilən matçı izləməyənlər yalnız hesaba görə meydanda bərabərsəviyyəli mübarizənin yaşandığını düşünə bilərlər. Amma bu düşüncə heç də doğru deyil. Qonaq komanda yalnız ilk hissədə az-çox rəqabət apara bildi. Simone İnzaqinin fasilədə komandasına lazımi təlimatlar verdiyi 2-ci hissədə aşkar göründü. Milanlılar fasilədən sonra rəqib üzərində böyük üstünlüyə malik oldular. Martines 5 dəqiqə ərzində həm tiri, həm də dirəyi nişan aldı. Amma Türam 62-ci dəqiqədə komandasının layiq olduğu qolu vura bildi: fransalı hücumçu Dyumfrisin ötürməsi ilə hesabı açdı. Növbəti yarım saat ərzində də meydanda diqtə edən tərəf olan “İnter” bir neçə dəfə ikinci qolu vura bilərdi. Təkcə Lautaro Martines qapı istiqamətində on zərbə endirdi. Ancaq ya Trubin xilaskar rolunda çıxış etdi, ya da zərbələr dəqiq alınmadı. Nəticədə, belə desək, canını darmadağından qurtaran “Benfika” ikinci məğlubiyyətini alaraq autsayder kimi qaldı. Son finalçı isə “Real Sosyedad”la şərikli liderliyə nail oldu.

Zaltsburq - Real Sosyedad 0:2 (0:2)
Zaltsburq (Avstriya): Şlaqer, Dediç, Sole (Bedu, 46), Pavloviç, Terziç, Qurna-Duat, Bidstrup (Kapaldo, 65), Kyerqor (Amankva, 46), Qlux (Suçiç, 78), Şimiç, Konate (Ratkov, 46).
Real Sosyedad (San Sebastyan, İspaniya): Remiro, A.Traore (Elustondo, 84), Subeldiya, Le Norman (Paçeko, 46), Munyos, Subimendi, Merino, Mendes (Turryentes, 82), Kubo (Şo, 63), Oyarsabal, Barreneçea (K.Fernandes, 64).
Qollar: Oyarsabal, 7 (0:1). Mendes, 27 (0:2).
Vərəqələr: Le Norman, 15. Sole, 41. Mendes, 59. Pavloviç, 76. Bedu, 88 - sarı.
Hakim: Bartoş Frankovski (Polşa).
3 oktyabr. Zaltsburq. 28227 tamaşaçı.
oyunun statistikası
12 (1) qapıya (“çərçivə”yə) zərbə 13 (4)
2 künc zərbəsi 5
2 ofsayd 3
11 qayda pozuntusu 13
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
47 topa sahibolma (faizlə) 53

“Zaltsburq” Çempionlar Liqasının ən gənc heyətə malik komandası olsa da, “Benfika”nı məğlub etməklə D qrupunda ilk turdan liderliyi ələ almışdı. Gerhard Ştruberin çalışdırdığı komandanın “Real Sosyedad”la ev oyununda daha bir sürprizə gücü çatmadı.

“Red Bull Arena”dakı matçın nəticəsi böyük ölçüdə ilk hissədə müəyyənləşdi. Oyuna fəal başlayan basklar ilk real imkanı dəyərləndirə bildilər. 7-ci dəqiqədə Oyarsabal hesabı açdı. İmanol Alquasilin komandası bundan sonra təşəbbüsü bilərəkdən meydan sahiblərinə verdi və əks-hücumlarda növbəti qolu vurmağa çalışdı. İspaniyalı mütəxəssisin bu taktiki gedişi ilk hissənin ortalarında bəhrə verdi. Mendes məhz əks-hücum zamanı qonaqların üstünlüyünü iki topa çatdırdı. Çətin vəziyyətə düşən avstriyalılar qalan vaxtda oyunda dönüş yaratmaq üçün bacardıqlarını etdilər. Onlar arabir Remironun qoruduğu qapıya doğru təhlükəli həmlələrlə yadda qaldılar, ancaq hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkdilər. Ştruberin komandası 2-ci hissənin əvvəlində penalti vurmaq hüququ qazansa da, polşalı hakim Bartoş Frankovski az sonra Şimiçin Remiroya qarşı kobud oynadığını VAR-ın köməyi ilə görüb qərarını dəyişdi. Beləliklə, “Zaltsburq”u səfərdə məğlub edən “Real Sosyedad” topların daha yaxşı fərqinə görə 1-ci yerə sahib çıxdı. Avstriya çempionu isə liderlikdən 3-cü yerə düşdü.

1. Real Sosyedad 2 1 1 0 3-1 4
2. İnter 2 1 1 0 2-1 4
3. Zaltsburq 2 1 0 1 2-2 3
4. Benfika 2 0 0 2 0-3 0
24 oktyabr: İnter – Zaltsburq, Benfika – Real Sosyedad.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “İlk hissədə daha yaxşı oynaya biləcəyimiz iki-üç epizod oldu. İkinci yarıda tempi yüksəltdik, daha intensiv oynadıq, futbolçularımız əla təsir bağışladılar. Matçın gedişində “Benfika”ya qalib gələcəyimizlə bağlı hiss məni qətiyyən tərk etmirdi. Təəssüf ki, qol imkanlarından maksimum dərəcədə yararlana bilmədik. Amma oyunçularımızın haqqını verməliyəm”.

Rocer Şmidt, “Benfika”nın baş məşqçisi: “İlk hissə bərabər mübarizə şəraitində keçdi. Yaxşı keçidlərimiz, təhlükəli məqamlarımız oldu, lakin düzgün qərarlar vermədik. Hardasa bəxtimizin gətirdiyini də deməliyəm. Rəqib 2-ci hissədə oyuna tam nəzarət etdi, qapıya kifayət qədər zərbə endirdi. Belə vəziyyətdə müdafiə olunmaq asan deyildi və qapımızdan top buraxdıq. “İnter” qələbəyə layiq idi. Ona görə ki, bizdən yaxşı oyun göstərdi”.

Gerhard Ştruber, “Zaltsburq”un baş məşqçisi: “İlk yarıda işimizi çətinə saldıq və buna görə yalnız özümüzü qınamalıyıq. Oyunumuzda intensivlik çatmırdı. Bir sözlə, ilk hissədə heç də ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Fasilədən sonra aqressiv oynamağa başladıq, nəhayət, oyuna daxil ola bildik. Amma “Real Sosyedad”ın necə yaxşı oynadığını siz də gördüz”.

Brais Mendes, “Real Sosyedad”ın yarımmüdafiəçisi: “Kubo ilə Oyarsabala təşəkkür etmək istəyirəm. Onlar məni nəzarətdə saxlayan rəqib oyunçuları öz tərəfinə çəkməyi bacardılar. Belə oyundaşlarla birgə oynamaq çox asandı, çünki bir-birimizi əla anlayırıq. Biz həm paltardəyişmə otağında, həm də meydanda vahid kollektivik. Bunu oyunumuza baxmaqla görmək olar. Hər şey çox gözəldi”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-09-2023, 15:0

Son finalçı məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Dünya futbolu

14-04-2023, 12:0

“İnter” yarımfinalın “qapısını araladı” - REPORTAJ

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

27-10-2022, 00:0

"Liverpul" və "Bavariya"dan qələbə, "Barselona" qrupda qaldı - YENİLƏNİB

Dünya futbolu

18-05-2023, 15:0

“İnter” 13 ildən sonra ÇL-in finalında! - REPORTAJ

Çempionlar Liqası

8-03-2023, 02:0

"Çelsi" və "Benfika" 1/4 finalda - YENİLƏNİB

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
  • 8-08-2026, 19:0
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 198
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə