• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son finalçı məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Çempionlar Liqası

24-09-2023, 15:0

D qrupu
Real Sosyedad – İnter 1:1 (1:0)
Real Sosyedad (San Sebastyan, İspaniya): Remiro, A.Traore, Subeldiya, Le Norman, Tirni (Munyos, 62), Mendes (Paçeko, 85), Merino, Subimendi, Kubo (Odriosola, 72), Barreneçea (Şo, 62), Oyarsabal (Sadik, 72).
İnter (Milan, İtaliya): Zommer, Bastoni (Dimarko, 55), De Vrey (Açerbi, 76), Pavar, Dyumfris, Barella, Auqusto, Asllani (Frattezi, 55), Mxitaryan (Sançes, 70), Lautaro Martines, Arnautoviç (Türam, 55).
Qollar: Mendes, 4 (1:0). Lautaro Martines, 87 (1:1).
Vərəqələr: Asllani, 13. Mxitaryan, 60. Frattezi, 70. A.Traore, 89. Subeldiya, 90+5 - sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
20 sentyabr. San Sebastyan. 36591 tamaşaçı.

oyunun statistikası
13 (5) qapıya (“çərçivə”yə) zərbə 5 (1)
7 künc zərbəsi 4
1 ofsayd 4
14 qayda pozuntusu 15
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
45 topa sahibolma (faizlə) 55

İmanol Alquasil “İnter” ilə ev oyunu ərəfəsində keçirilən mətbuat konfransında “biz ötən mövsüm bu turnirdə qələbənin biraddımlğında olan rəqibə qarşı oynayacağıq. Rəqibə hörmətimizi ifadə edirik, amma bura Çempionlar Liqasıdı. Meydanda var gücümüzü qoymağa və qalib gəlməyə çalışacağıq” demişdi. Onun çalışdırdığı komanda son finalçıya qarşı çox yaxşı oynadı, uzun müddət hesabda öndə oldu, amma “Real Sosyedad” sonda yalnız bir xal qazandı.

“Reale arena”da keçirilən oyunu iki çox əsəbi hissəyə bölmək olar. İlk hissədə ev sahibləri oyun planında aşkar üstün göründülər. Mendesin artıq 4-cü dəqiqədə hesabı açması matçın əvvəlindəki mənzərənin məntiqi nəticəsi idi. Erkən qolla kifayətlənməyən Alquasilin komandası hücumları davam etdirməklə növbəti qolu vurmaq niyyətini açıq büruzə verirdi. Belə desək, başını qaldıra bilməyən “İnter” rəqibin həmlələrinə heç bir cavab verə bilmirdi. Simone İnzaqinin komandası matçın böyük hissəsində yalnız rəqibin hücumlarının qarşısını almaqla məşğul oldu. “Real Sosyedad” hesabı bir neçə dəfə dəyişmək şansı qazandı. Lakin baskoniyalılar imkanları dəyərləndirə bilmədilər.

Qonaqlar yalnız bir neçə yeni oyunçunun mübarizəyə qoşulmasından sonra özlərinə gələ bildilər. Matçın böyük hissəsini intensiv keçirən meydan sahibləri ikinci hissənin ortalarından başlayaraq yoruldular. Artıq müdafiəyə çəkilməli olan Alquasilin komandası milanlıların təzyiqinə tab gətirə bilmədi. Lautaro Martinesin 87-ci dəqiqədə vurduğu cavab qolu matçın heç-heçə nəticələnməsini təmin etdi. Əlbəttə, “Real Sosyedad”ın çox üstün oynaması fonunda qələbə qazana bilməməsi yerli və neytral azarkeşlərdə təəssüf doğura bilər. Amma Çempionlar Liqasında təcrübə amili əksər hallarda nəticəyə təsir edir.

Benfika - Zaltsburq 0:2 (0:1)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Bax, A.Silva, Otamendi, Eursnes, Neveş, Kökçü (Şikinyo, 72), Di Mariya (Neres, 72), R.Silva (Quveyya, 84), Joao Mario (Morato, 16), P.Musa (Tenqstedt, 84).
Zaltsburq (Avstriya): Şlaqer, Dediç, Bedu (Sole, 71), Pavloviç (Pentkoviç, 89), Terziç, Bidstrup, Qurna-Duat, Kyerqor, Qlux (Suçiç, 71), Şimiç (Ratkov, 71), Konate (Koyta, 59).
Qollar: Şimiç, 15-p. (0:1). Qlux, 51 (0:2).
Konate 3-cü dəqiqədə penaltidən yararlana bilməyib (üst).
Vərəqələr: Trubin, 2. Qurna-Duat, 21. R.Silva, 54. Bedu, 58. Şimiç, 67. Otamendi, 69. Koyta, 90+1 - sarı. A.Silva, 13 – qırmızı.
Hakim: Halil Meler (Türkiyə).
20 sentyabr. Lissabon. 60917 tamaşaçı.

oyunun statistikası
17 (7) qapıya (“çərçivə”yə) zərbə 13 (4)
4 künc zərbəsi 5
2 ofsayd 3
9 qayda pozuntusu 19
3 (1) sarı (qırmızı) vərəqə 4 (0)
56 topa sahibolma (faizlə) 44

Çempionlar Liqasının ən gənc heyətə malik olan komandası turnirin son mövsümünün 1/4 finalçısını səfərdə məğlub etdi. “Zaltsburq”un Lissabonda qalib gəlməsi ilk turun sürpriz nəticəsi oldu. Gerhard Ştruberin çalışdırdığı komanda artıq 3-cü dəqiqədə hesabı açmaq üçün əla şans qazansa da, Konate bundan yararlana bilmədi. Buna baxmayaraq, hücumları davam etdirən Avstriyanın dəyişməz çempionu bir neçə dəqiqədən sonra istəyinə çatdı. Antonio Silva cərimə meydançasında əllə oynamaqla “Benfika”ya ikiqat zərbə vurdu: hakim ona birbaşa qırmızı vərəqə, Şimiç isə penaltini necə qola çevirmək lazım gəldiyini Konateyə göstərdi.

Hesabı açan Roko fasilədən az sonra Qluxa ikinci qolu vurmaq üçün gözəl fürsət qazandırdı. Lissabonlular on nəfərlə oynamasına baxmayaraq, cəsarətli həmlələrə əl atırdılar. Di Mariya, Musa və Rafael Silva fəallığıyla xüsusi seçilsə də, hesabı dəyişməyə nail ola bilmədilər. Beləklə, “Benfika”nı səfərdə məğlub edən “Zaltsburq” D qrupunda ilk turdan liderliyi ələ aldı.

3 oktyabr: İnter – Benfika, Zaltsburq – Real Sosyedad.
Bombardirlər: Alvares (Mançester Siti), Qaleno (Portu), Kazemiro (Mançester Yunayted), Feliş (Barselona) – 2.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Bu gün çox güclü rəqibə qarşı oynadıq. İşimizin çətin olacağını gözləyirdik. Qapıçımızın sayəsində oyunda sona qədər xilas olmaq şansımızı saxladıq. Heç də ən yaxşı oyunumuzu göstərmədiyimizi etiraf etməliyəm. Yalnız son 20 dəqiqədəki çıxışımızdan razı qaldım. Hesabı bərabərləşdirəndən sonra qələbə qolunu da vurmağa çalışmağımız məni sevindirdi”.

Martin Subimendi, “Real Sosyedad”ın yarımmüdafiəçisi: “Məyusuq, çünki son dəqiqələrdə iki xal itirdik. Matçda qədər “İnter”lə heç-heçə bizim üçün yaxşı səslənirdi, lakin oyundan sonra qələbəyə layiq olduğumuzu deyə bilərik. Çempionlar Liqası hamımızın oynamağa can atdığı turnirdi. Bunu mənim doğma şəhərimdə etmək, “Real Sosyedad”ın formasında bu azarkeşlərin dəstəyi altında meydana çıxmaq ən gözəl hisslərdi”.

Brais Mendes, “Real Sosyedad”ın yarımmüdafiəçisi: “Matçı yüksək səviyyədə keçirdik. Gərək məsələni daha əvvəl öz xeyrimizə həll edəydik. Bunun üçün kifayət qədər şansımız oldu, amma imkanları boşa verdik. Meydanı eyni zamanda qürur və məyusluq hissləri ilə tərk etdik”.

Yan Zommer, “İnter”in qapıçısı: “Çətin oyun idi. İlk hissəni zəf keçirdik, rəqib bizi güclü təzyiq altında saxladı. Nəticədə bir neçə dəfə səhvə yol verdik və “Real Sosyedad” epizodların birində hesabı açdı. Çox çətin vəziyyətə düşmüşdük. Sonda bir xal qazandığımız üçün sevinməliyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-04-2023, 12:0

“İnter” yarımfinalın “qapısını araladı” - REPORTAJ

Dünya futbolu

19-06-2023, 15:0

Osimhen A seriyasında ən bahalı futbolçudu

Dünya futbolu

18-05-2023, 15:0

“İnter” 13 ildən sonra ÇL-in finalında! - REPORTAJ

Dünya futbolu

20-09-2023, 23:0

“Milan” bu il əzəli rəqibi ilə bacara bilmir – TURUN ŞƏRHİ

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Aktual
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Son xəbərlər
  • Bu gün, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Bu gün, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Bu gün, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Bu gün, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Bu gün, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Bu gün, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Bu gün, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Bu gün, 13:30
    Millimizin heyəti açıqlandı
  • Bu gün, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Bu gün, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Bu gün, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Bu gün, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Bu gün, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Bu gün, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Bu gün, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Bu gün, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
  • Bu gün, 10:00
    Lissabondan Milana üz tutmaq şansı var
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
Daha çox
Oxunub: 509
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 261
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 258
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 236
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 179
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 164
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə