“Udineze”də baş məşqçi dəyişikliyi olub. Rəhbərlik Qabriele Çoffi ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubuna Andrea Sottil təyinat alıb. 48 yaşlı yerli mütəxəssislə “1+1 il” sxemi üzrə müqavilə imzalanıb.
Qeyd edək ki, Sottil vaxtilə futbolçu kimi “Udineze”də 115 oyun keçirib. Onun sonuncu iş yeri 2020-22-ci illərdə çalışdırdığı “Askoli” olub.