A seriyasında iki istefa

17.01.2023 13:35 414
Dünya futbolu
A seriyasınının 18-ci turunda qeydə alınan nəticələrdən sonra iki baş məşqçi işini itirib.

Football-plus.az xəbər verir ki, hər iki istefaya uğursuz nəticə səbəb olub.

Evdə “Montsa”ya uduzan (2:3) “Kremoneze”nin çalışdırıcısı Massimiliano Alvini vəzifəsindən azad edilib. Son 4 oyunda xal qazana bilməyən komanda A seriyasında 7 xalla sonuncu – 20-ci yerdədi. Autsayderi çətin vəziyyətdən Davide Ballardini çıxarmağa çalışacaq. Son klubu olan “Cenoa”dan 2021-ci ildə ayrılan 59 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

“Salernitana” rəhbərliyi isə Davide Nikola ilə yolları ayırıb. A seriyasının son turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyət baş məşqçinin istefaya göndərilməsini qaçılmaz edib. “Salernitana” hazırda 18 xalla 16-cı yeri tutur. Komanda ötən ilin oktyabrından indiyə qədər qələbə qazana bilməyib. Nikola “Salernitana” 2022-ci ilin fevralından çalışdırırdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul