İtaliya klubunda baş məşqçi istefası

12.10.2022 12:56 340
Dünya futbolu
İtaliyanın “Verona” klubu baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssisin istefasına komandanın bu mövsümdək uğursuz çıxışı səbəb olub. “Verona” hazərda A seriyasında cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Qabriele Çoffi bu ilin yayından “Verona”nı çalışdırırdı.