ÇL: namizədlər müəyyənləşdi

26.10.2023 19:38 201
Çempionlar Liqası
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

“Football-plus.az” xəbər verir ki, qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra Evanilson (Portu), Santyaqo Ximenes (Feyenoord), David Raum (Leyptsiq) və Qabriel Jezus (Arsenal) bu nominasiya üzrə namizədlərin siyahısına layiq biliniblər. Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində müəyyənləşəcək.