ÇL-də ən yaxşı oyunçu adına namizədlər müəyyənləşdi

14.04.2022 14:53 601
Dünya futbolu
Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarından sonra bu həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Namizədlərin sırasına Luka Modriç (Real), Raul Albiol (Vilyarreal), Con Stounz (Mançester Siti) və Kostas Tsimikas (Liverpul) layiq biliniblər.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşəcək.