“Xarı Bülbül” ev oyununu da Bakıda keçirəcək, səfər oyununu da

3.10.2023 00:00 458
İdman / Manşet
Bu mövsüm ölkəmizi voleybol üzrə Çağırış kubokunda təmsil edəcək "Xarı Bülbül" Polşada hazırlığı davam etdirir.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, artıq Şuşa təmsilçisinin yoxlama görüşlərindəki rəqiblərinin adları da məlumdu. Bunlar Polşa yüksək liqasında çıxış edən "Radom" və "Rzeszov"du. Hazırlıq oktyabrın 11-nə kimi davam edəcək.

Qeyd edək ki, Ziya Rəcəbovun rəhbərliyi ilə avrokuboklarda debüt edəcək komanda oktyabrın 25-də 1/32 finalda Slovakiya təmsilçisi "Spartak"la qarşılàşacaq. Klublar arasındakı razılığa əsasən, hər iki oyun Bakıda keçirəcək. Slovakiyalıların nominal ev sahibi olacağı görüş oktyabrın 26-da baş tutacaq.

CAVİD ƏLİYEV