Autsayder yenə məğlub oldu

1.03.2023 11:13 211
İdman
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 7-ci turdan təxirə salınan oyun keçirilib.

"Football-plus.az" xəbər verir ki, Voleybol Mərkəzində ikinci pillədə qərarlaşan “Xarı bülbül” autsayder MOİK-lə qarşılaşıb.

Görüş “Xarı bülbül”ün inamlı qələbəsi ilə yekunlaşıb. Adıçəkilən komanda rəqibini hər üç hissədə üstələyib – 3:0 (27:25, 25:8, 25:19).

Bu qələbə sayəsində “Xarı bülbül” aktivincəki xal sayını 15-ə yüksəldib. MOİK-in isə cəmi 1 xalı var.