"Sabah" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, birinci mövqedə çıxış edən 28 yaşlı amerikalı oyunçu Kollin Törner oyun qrafikinin sıxlığı nəzərə alınaraq "tələbələr"in sıralarına cəlb olunub.
23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edən Törner daha öncə Gürcüstanda legioner həyatı yaşayıb.