Mett Törner ABŞ yığmasının KONKAKAF Millətlər Liqasının qrup mərhələsinin Orlandoda Salvador ilə keçirilən oyununda ikiqat sevinc yaşayıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
"Football-plus.az" xəbər verir ki, rəsmi oyun qaliblərin qapıçısı üçün daha xoş hadisə ilə yadda qalıb.
“Arsenal”da çıxış edən Törner gələcək övladının cinsiyyətini bilmək üçün meydanda mərasim keçirib. O, zərbə nəticəsində çəhrayı rəngli toza çevrilən xüsusi hazırlanmış topu ayağı ilə vurub və övladının qız olacağını bilib. Yığmadan olan komanda yoldaşları onu bu münasibətlə təbrik ediblər.