Flikin yerini Naqelsmann tutdu

25.09.2023 22:40 219
Dünya futbolu
Almaniya yığmasında baş məşqçi vəzifəsi ilə bağlı problem həllini tapıb. Bu posta Yulian Naqelsmann təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, bir neçə gün əvvəl uğursuz nəticələrə görə istefaya göndərilən Hans-Diter Flikin yerini tutub. Ötən mövsümün gedişində “Bavariya”dan qovulan mütəxəssisin Almaniya Futbol İttifaqı ilə bağladığı müqavilənin müddəti 2024-cü ilə qədər nəzərdə tutulacaq. Naqelasmann bundestimi qitə çempionatının final mərhələsinin sonuna qədər çalışdıracaq.