 
Polşa yığmasında baş məşqçi problemi həll olunub. 
"Football-plus.az" xəbər verir ki, milli komandaya Mixal Probej təyinat alıb. 50 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Probej baş məşqçi vəzifəsində bir neçə gün əvvəl istefaya göndərilən Fernando Santuşu əvəzləyib. O, yaxın günlərə qədər Polşanın gənclərdən ibarət yığmasını (U-21) çalışdırırdı.
Santuşun vəzifəsindən azad edilməsinə AÇ-2024-ün seçmə turnirindəki uğursuz nəticələr səbəb olub. Polşa millisi hazırda E qrupunda keçirdiyi 5 oyunda topladığı 6 xalla 4-cü yeridədi. Albaniyanın 10 xalla lider olduğu qrupda sonrakı yerləri hərəyə 8 xal yığan Çexiya və Moldova tutur.