“İtkin düşən” futbolçu tapıldı

23.10.2023 15:15 172
Dünya futbolu
“Milan”ın itkin düşdüyü iddia edilən futbolçusu tapılıb.

"Football-plus.az" xəbər verir ki, Emil Robak düz iki həftə olduğu yerlə bağlı heç kimə məlumat verməyib.

Amma, necə deyərlər, birdən zühur edib. Bu barədə 20 yaşlı hücumçunun icarə əsasında çıxış etdiyi “Norrçöpinq”in (İsveç) idman direktoru Toni Martinsson “Expressen” nəşrinə məlumat verib. O, gənc futbolçunun 14 gün harada olduğunu açıqlamayıb: 

“Bu gün onunla görüşdüm, vəziyyət nəzarət altındadı. İndi bu barədə artıq heç nə deyə bilməyəcəyəm”.

Robak “Milan”la 2020-ci ildə müqavilə imzalayıb. O, bu ilin martından “Norrçöpinq”də çıxış edir.