Daha bir futbolçu itkin düşüb

19.03.2022 15:50 347
Dünya futbolu
Ukraynanın "Mariupol" klubunun futbolçusu Rodion Plaksa yoxa çıxıb.

Bu barədə yerli mətbuata yarımmüdafiəçinin agenti Aleksandr Pankov məlumat verib. O, Plaksa ilə sonuncu dəfə martın 5-də əlaqə saxlaya bilib.

Qeyd edək ki, bundan öncə də Leonid Boyarintsev Mariupolda itkin düşüb.