"Baxçaşəhir" nə vaxt gəlir, nə vaxt gedəcək?

22.10.2023 19:10 344
İdman / Manşet
FİBA Avropa Kubokunun müntəzəm mərhələsində "Sabah"ın rəqibi olan "Baxçaşəhir"in Bakıya gələcəyi tarix bəllidi.

"Football-plus.az"ın əldə etdiyi bilgiyə görə, Türkiyə təmsilçisini gətirən təyyarə oktyabrın 24-ü, saat 10.45-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Qardaş ölkə klubu "Wyndham Baku" otelində qalacaq. Komandanın paytaxtımızda ilk məşqi elə həmin gün, 18.00-da oyunun keçiriləcəyi "Sərhədçi" İdman Kompleksində baş tutacaq. Rəqib ertəsi səhər saat 10-da son məşqə çıxacaq. Türklət oktyabrın 26-da vətənə qayıdacaqlar.

Qeyd edək ki, "Sabah" - "Baxçaşəhir" oyunu oktyabrın 25-i, saat 19.00-da start götürəcək.

CAVİD ƏLİYEV