“Qarabağ” Helsinkidə “Hilton”u seçdi

15.08.2023 14:12 4 818
Aktual / Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə cavab matçının səfər proqramı məlumdu.

Klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevin "Football-plus.az"a verdiyi məlumata görə, Ağdam təmsilçisi sabah səhər 11-də çarter reysi ilə Bakıdan Helsinkiyə yollanacaq. Uçuş təxminən 6 saat olacaq. “Köhlən atlar” burda “Hilton Helsinki Strand” otelində məskunlaşacaq.

Qeyd edək ki, Ağdam klubu Vətənə oyundan dərhal sonra dönməyəcək. Belə ki, matçın ertəsi - günortaya yaxın Bakıya üz tutacaq "Qarabağ"ı gətirən təyyarə saat 18.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.

İLKİN SULTANLI