“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununun hazırlığına başlayıb.
"Football-plus.az" xəbər verir ki, komanda şənbə günündən Qurban Qurbanovun rəhbərliyi altında BOS-da məşqləri bərpa edib.
“Rakuv”un Bakıya gələcəyi tarix da bəllidi. Polşalılar ölkəmizə bu gün 31-də təşrif buyuracaq. Saat 20.45-də təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. “Rakuv” matç bitən kimi ölkəmizi tərk etməyəcək.
Rəqib iyulun 3-də, saat 13.00-da Bakıdan ayrılacaq. Polşa çempionu bu müddətdə “Hilton” otelində məskunlaşacaq.