“Real”ın oyunçusu sıradan çıxdı

17.07.2023 21:44 205
Dünya futbolu
“Real” yeni mövsüm ərəfəsində itki ilə üzləşib. Komandanın oyunçusu Daniel Sebalyos zədələnib.


"Football-plus.az" xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumatda ispaniyalı yarımmüdafiəçinin bud nahiyəsindən zədə aldığı bildirilib. O, bu səbəbdən təxminən 4-6 həftə oynamayacaq. “Real” La Liqada yeni mövsümün ilk oyununu avqustun 13-də səfərdə “Atletik”ə qarşı keçirəcək. Başqa sözlə, Daniel mövsümün əvvəlini buraxa bilər.