Türkiyə yığmasının 2023-cü ildə ilk oyunlarını keçirəcəyi stadionlar və matçların başlama saatı dəqiqləşib.
Football-plus.az xəbər verir ki, qardaş ölkə AÇ-2024-ün seçmə mərhələsinə Ermənistana qarşı səfər oyunu ilə start verəcək. Oyun martın 25-də İrəvandakı Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, Ermənistan bu arenada Millətlər Liqası çərçivəsində keçirdiyi son iki görüşdə - həm Şotlandiya (1:4), həm də Ukrayna (0:5) önündə darmadağın olub. Türkiyə seçmə mərhələdəki ikinci oyununu isə martın 28-də qrupdakı əsas rəqibi Xorvatiyaya qarşı keçirəcək. Türkiyə Futbol Federasiyası bu prinsipial matçı Bursa şəhərinə salmaq qərarına gəlib. 2015-ci ildən istifadəyə verilən, 43331 azarkeş tutumuna malik olan və daha çox “Timsah Arena” adı ilə tanınan “Bursa Böyükşəhər Bələdiyyə Stadionu”nda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.