Superkubok matçı harda keçiriləcək?

3.07.2022 17:35 511
Dünya futbolu
İtaliya Superkuboku matçının tarixi və məkanı məlum olub.

Son çempion “Milan”la ölkə kubokunun sahibi “İnter” arasındakı oyun 2023-cü il yanvarın 18-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.

Qeyd edək ki, İtaliya superkuboku uğrunda matç 12-ci dəfə xarici ölkədə keçiriləcək.