“Mançester Yunayted” rəhbərliyi Meyson Qrinvudun klubdakı gələcəyi ilə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, klubun gənc futbolçuya münasibəti dəyişməyəcək. Hücumçu “Xetafe”də icarə əsasında necə çıxış etməsindən asılı olmayaraq, yayda klubu tərk edəcək. Onun “Yunayted”lə müqaviləsinin müddəti məhz cari mövsümün sonunda başa çatacaq. Rəhbərlik Meysonla müqaviləni yeniləməyəcək.
“Xetafe” ingiltərəli futbolçunu sentyabrın 1-də 5 milyon avroya icarəyə götürüb. Qrinvud İspaniya çempionatında meydana çıxdığı 5 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Xatırladaq ki, o, ötən ilin əvvəlində sevgilisinə qarşı fiziki və cinsi zorakılıq etməkdə ittiham olunmuş və MY bu səbəbdən Qrinvudu komandadan kənarlaşdırmışdı.