Gözlənildiyi kimi, Meyson Qrinvud iş yerni dəyişib.
"Football-plus.az" xəbər verir ki, o, “Mançester Yunayted”dən ayrılmağa məcbur idi. İngiltərə klubu bir neçə gün əvvəl gənc futbolçu ilə müqavilənin tezliklə qüvvədən salınacağı haqda məlumat yaymışdı. Səbəb Meysonun şəxsi həyatı ilə bağlıdı.
Xatırladaq ki, o, ötən ilin fevralında sevgilisi Harriyetə qarşı cinsi və fiziki zorakılığa əl atdığı üçün məsuliyyətə cəlb olunmuşdu. 21 yaşlı hücumçu o vaxtdan yaşıl meydanlara həsrət qalmışdı.
Amma MY rəhbərliyi futbolçu ilə müqaviləni pozmayıb. Qrinvud birilliyə “Xetafe”yə icarəyə verilib.