Firmino gələcəyi ilə bağlı qərar verdi

4.03.2023 16:41 261
Dünya futbolu
Roberto Firmino “Liverpul”dakı gələcəyi ilə bağlı qərarını verib.

Böyük Britaniya mətbuatının məlumatına görə, 31 yaşlı hücumçu cari mövsümün sonunda “Liverpul”dan ayrılacaq. O, müqaviləni yeniləməyəcək və bu yay komandanı azad agent kimi tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, Braziliyalı futbolçu qərarını şəxsən baş məşqçi Yürgen Kloppa bildirib.

Firmino “Liverpul”da 2015-ci ildən oynayır. O, klubla 7 kubok qazanıb. Roberto cari mövsüm meydana çıxdığı 25 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul