Bir ildən sonra özünə yeni iş tapdı

12.07.2023 22:15 220
Dünya futbolu
“Monako”da baş məşqçi problemi yoluna qoyulub. Komandanı Adi Hütter çalışdıracaq.


"Football-plus.az" xəbər verir ki, avstriyalı mütəxəssislə müddəti 2025-ci ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb. 53 yaşlı Hütterin sonuncu iş yeri 2022-ci ilin mayında ayrıldığı Münhenqladbax “Borussiya”sı olub. O, daha əvvəl “Ayntraxt” (Frankfurt), “Yanq Boyz” və “Zaltsburq”u çalışdırıb.
“Monako”nun əvvəlki baş məşqçisi Filipp Kleman olub. O, bu ilin aprelinda istefaya göndərilib. “Monako”nun Liqa 1-də ötən mövsümü 6-cı yerdə başa vurduğunu da bildirək.