Van Bronkhorst işini itirdi

22.11.2022 14:36 309
Dünya futbolu
“Reyncers”də baş məşqçi dəyişikliyi zəruri sayılıb.

"Football-plus.az" xəbər verir ki, Şotlandiya klubu Covanni van Bronkhorstla yolları ayırıb.

Qlazqo klubu niderlandlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Van Bronkhorts “Reyncers”i 2021-ci ilin noyabrından çalışdırırdı. Komanda onun rəhbərliyi ilə ölkə kubokunu qazanmış, Avropa Liqasının finalına çıxmış və “Ayntraxt”a (Frankfurt) penalti seriyasında uduzmuşdu.

“Reyncers” Şotlandiya çempionatında 15 oyuna 33 xalla 2-ci yerdədi. Komanda əzəli rəqibi “Seltik”dən 9 xal geri qalır.