Şeyx Cassim bin Həməd Əl-Tani “Mançester Yunayted” ilə danışıqları dayandırıb.
"Football-plus.az" xəbər verir ki, Qətər şeyxi İngiltərə klubunu almaq niyyətindən daşınıb. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, MY-nin sahibi olan Qleyzerlər ailəsi onun təxminən 7 milyard dollar məbləğində olan növbəti təklifini rədd edib. Bundan sonra şeyx Cassim danışıqlar prosesindən çıxdığını bəyan edib.
Qeyd edək ki, MY bir neçə ay əvvəl satışa çıxarılıb. İndi klubu almağa əsas namizədin ingiltərəli milyarder Cim Retkliff olduğu bildirilir.