Retkliff bu klubu almağa yaxındı

31.01.2023 11:37 256
Dünya futbolu / Manşet
Malkolm Qleyzer “Mançester Yunayted”i satmaqla bağlı qərarını dəyişməyib.


Football-plus.az xəbər verir ki, ötən ilin noyabrında buna hazır olduğunu bəyan edən amerikalı biznesmen tezliklə klubdakı sahiblik hüququnu itirə bilər.

Böyük britaniyalı iş adamı olan milyarder Cim Retkliff MY-ni almağa yaxındı. O, artıq klub rəhbərliyi ilə danışıqlara başlayıb. Yerli mənbələrin məlumatına görə, Retkliff klubun bütün səhmləri üçün 4 milyard funt sterlinq təklif edib. Tərəflərin yaxında satış əməliyyatını yekunlaşdıracağı gözlənilir.

Qeyd edək ki, MY 2005-ci ildən Qleyzerlər ailəsinə məxsusdu.