• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mançester Yunayted”in satışı final mərhələsində - TƏHLİL

Dünya futbolu

7-04-2023, 22:0

İngiltərənin ən titullu klublarından biri “Mançester Yunayted”in satışı ilə bağlı proses finiş mərhələsinə qədəm qoyub.

Gəlin baxaq, hər şey nədən başladı? Ötən ilin noyabrında MY azarkeşlərinin böyük əksəriyyətinin qəlbində ümid çırağı yandı. Onların dərindən nifrət etdiyi klub sahibləri – Qleyzerlər ailəsi klubu satmaq niyyətini açıqladı. Düzdü, müvafiq açıqlama noyabrın 22-də verildi və sürət yığmaqda olan futbol üzrə dünya çempionatının, eləcə də Kriştiano Ronaldonun qatıldığı qalmaqalın kölgəsində qaldı.

Hər halda, proses başladı – Qleyzerlər bu işə Amerikanın “Raine” bankını cəlb etdi. Məhz bu bank ötən ilin fevralında Roman Abramoviç sanksiyaların təsir dairəsinə düşəndə “Çelsi”nin satışı ilə məşğul olmuşdu. Bank potensial alıcılardan sifarişləri qəbul etməyə başladı, fevralın 17-nə isə ilk dedlayn təyin olundu. Arzulayanlar məhz həmin gün niyyətlərini qəti şəkildə ortaya qoymalı və start təkliflərini göstərməliydilər. Mediada yer alan yazılara inansaq, Qleyzerlər klubun satışına görə 6 milyar funt (7,4 milyard dollar) qazanacağına ümid bəsləyirdi. Maksimum məbləğ kimi hətta 8 milyard funt göstərilirdi.

MY-ni almağa iddialılar kimdi?
Hazırda Mançester klubuna iki iddiaçı var – Qətərin kral ailəsinin üzvü olan şeyx Cassim bin Həməd əl Tani və britaniyalı milyarder, ser Cim Retkliff.
44 yaşlı şeyx Cassim Qətərin sabiq əmiri, 1995-2013-cü illər aralığında ölkəni idarə edən Həməd bin Xəlifə əl Taninin oğludu. Bir müddət taxt-tacın vəliəhdi olsa da, 2000-ci illərdə bu hüququ qardaşına buraxıb. Şeyx Cassim İngiltərədə təhsil alıb - əvvəlcə Kral Hərbi Akademiyasında, sonra isə Dorsetdəki Beynəlxalq Kollecdə. Dediyinə görə, uşaq yaşlarından “Mançester Yunayted”ə azarkeşlik edir. Bu iddianı yoxlamaq yetərincə çətindi, ancaq ortada dəqiq fakt var ki, şeyx Cassim 2010-cu illərin əvvəllərində klubu Qleyzerlərdən almağa çalışan biznesmenlər qrupunda idi. Şeyx Cassim klubu tam nəzarəti altına almaq niyyətindədi. O, əvvəlcə hazırda aksiyaların Qleyzerlərin əlində olan 69 faizlik hissəsini, sonra isə müxtəlif minoritorlara məxsus 31 faizlik payı ələ keçirmək istəyir. Şeyx MY-nin 656 milyon funtluq borcunu ödəməyi, “Yunayted”i yeni öhdəliklərlə yükləməməyi, həmçinin klub infrastrukturunun müxtəlif sahələrinə investisiya qoymağı da vəd edir. Şeyxin ən böyük üstünlüklərindən biri budu ki, Qətərin Milli İnvestisiya Fonduna çıxış imkanı var, bunun sayəsində MY-nin alışı üzrə sövdələşməni dərhal həyata keçirə bilər.

İkinci iddiaçı isə 70 yaşlı Cim Retkliffdi. Kimya nəhəngi INEOS şirkətinin yaradıcısı və sahibi Böyük Britaniyanın ən zəngin adamlarındandı. “The Sunday Times” nəşri 2018-də onun sərvətini 21,05 milyard funt (25,4 milyard dollar – krallıqda 1-ci yer) həcmində dəyərləndirmişdi. 2020-də “Bloomberg” artıq 28,2 milyard dollardan (dünyada 55-ci, Böyük Britaniyada 2-ci yer) yazırdı. Retkliff indiyə qədər hardasa MY-yə sevgisini izhar etməyib. Bununa belə, o, Böyük Mançester adlanan yerdə, “Old Trafford” stadionunun cəmi 15 kilometrliyində doğulub və böyüyüb.

Retkliff son illərdə idmana fəal şəkildə pul qoyur – rəhbərlik etdiyi şirkətdə bu istiqamətdə fəaliyyət göstərən xüsusi bölmə də var. Britaniyalı milyarder 2019-da Fransa “Nant”ını alıb, İsveçrə “Lozanna”sı da ona məxsusdu. INEOS şirkətinin nəzdində hətta “Tur de Frans”da qalib gələn velosiped komandası da var, şirkət “Formula-1” komandalarından “Mersedes”in tərəfdaşı və Yeni Zelandiyanın reqbi yığmasının sponsorlarından biridi.

Ancaq Retkliff kimi zəngin adam belə MY-ni asanlıqla ala bilməz. Sövdələşmənin baş tutması üçün investisiya fondlarından pul götürməlidi. Bundan başqa, INEOS ictimaiyyət önündə klubun borclarını ödəyəcəyinə dair öhdəlik də götürməyib.

Klubu iddia edən başqa alıcılar isə ciddi müştəri kimi dəyərləndirilmir. Söhbət yaxınlara qədər “Milan”ın sahibi olan Amerikanın “Elliot” fondundan, eləcə də “Ares Management” investisiya qrupundan gedir. Bu şirkətlər uzaqbaşı potensial alıcılara müəyyən maliyyə yardımı edə bilər.

İşlər nə yerdədi?
Martın 22-də iddiaçılardan sifarişlərin qəbul olunması üzrə 2-ci dedlayn da başa çatdı. Bundan bir qədər əvvəl isə həm qətərlilər, həm də Retkliffin başçılıq etdiyi nümayəndə heyəti Mançesterə baş çəkərək klub rəhbərliyi ilə görüşdü. Şeyx Cassimin təmsilçiləri (özü gəlməmişdi) ilə görüş 10 saata yaxın davam etdi.

Maraqlıdı ki, həm Retkliff, həm də qətərlilər vaxtın bir qədər də uzadılmasını xahiş etdi. Ötən həftənin sonunda isə hər iki iddiaçı satışı həyata keçirəcək “Raine” bankına yenilənən və çox güman, şərtləri daha da yaxşılaşdırdıqları təklif göndərdi. “The Athletic”in yazdığına görə, Mançesterdəki görüşdə şeyx Cassim 4,5 milyard, Retkliff isə 4,3 milyard təklif edib. Hər iki məbləğ Qleyzerlərin almaq istədiyindən yetərincə aşağıdı.

Sonra nə olacaq?
Hər şeydən belə görünür ki, həm şeyx Cassim, həm də Retkliff həqiqətən MY-ni almaqda maraqlıdı. Ancaq heç biri də kluba real dəyərindən artıq pul ödəmək istəmir. Çox güman, onların yenilənmiş təklifində də məbləğ 5 milyard funtu ötməyib. “The Atletic”in qaynaqlarının iddiasına görə, hətta böyük resurslara malik qətərlilər də pulunu havaya sovurmaq istəmir. Atası kimi, şeyx Cassim də futbolu reklam vasitəsi yox, investisiya mənbəyi gözü ilə görür. Və anlayır ki, bir dəfə artıq pul ödədisə, sonradan da, məsələn, elə transfer bazarında belə etməyə məcbur olacaq. Qətərlilərlə Retkliffdən başqa isə MY-ni almağa, bazarlıq etməqə və qiyməti qaldırmağa qadir real namizədlər yoxdu.

Odu ki, indi hər şey Qleyzerlərin mövqeyindən asılıdı. Dedlayn tarixləri də faktiki şərti xarakter daşıyır. Bir il əvvəl “Çelsi”nin yaşadığı tarixçədən – onda klub sanksiyalar altında yaşayırdı və yeni sahiblərə satıla bilərdi – fərqli amerikalılar üçün heç bir sərt zaman məhdudiyyəti yoxdu. MY-nin satılması onlar üçün istisnasız biznes qərarıdı. Düzdü, o variant da mümkündü ki, bütün təkliflər yetərincə cəlbedici sayılmasın və klub yenə Qleyzerlərin əlində qalsın.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-10-2022, 11:0

Qleyzerlər ailəsi "Mançester Yunayted"ə qiymət qoydu

Dünya futbolu

23-11-2022, 10:0

"Mançester Yunayted" satılır

Dünya futbolu

7-09-2022, 13:0

Qleyzerlər ailəsi “Mançester Yunayted”i satmağa hazırdı

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Dünya futbolu

29-05-2022, 13:0

''Çelsi'' ''Arsenal''ın gününə düşəcək

Dünya futbolu / Manşet

31-01-2023, 11:0

Retkliff bu klubu almağa yaxındı

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 19:44
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 309
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 177
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə