Qətərdə qərar tutdu

14.10.2023 21:55 200
Dünya futbolu
PSJ-nin sabiq baş məşqçisi Kristof Qaltyenin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, Qətərin yüksək liqa təmsilçisi “Əl-Duhail”ə təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb.

Qaltye istefaya göndərilən Ernan Kresponu əvəzləyib. Qeyd edək ki, fransalı mütəxəsis PSJ-dən iyulda ayrılmışdı.