Kristof Qaltye yeni iş yerində problemlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, Fransa Futbol Federasiyası (FFF) PSJ-nin yeni baş məşqçisinin müqaviləsini rəsmən təsdiq etməyib.
Futbol qurumunun qərarına UEFA Pro lisenziyası ilə bağlı problemlər səbəb olub. 55 yaşlı mütəxəssis Paris klubuna iyul ayında təyinat alıb. Qaltye Pro lisenziyasını növbəti dəfə təsdiq etməli idi. Bu isə hər 3 ildə bir dəfə edilməlidi. Təcrübəli çalışdırıcı hazırkı durumda tələbləri qısa zamanda yerinə yetirmək üçün yazılı öhdəlik götürərək FFF-yə müraciət etməli olacaq. Ehtimala görə, bu, milli komandaların növbəti oyunları ilə bağlı yaranacaq fasilələrdən birinə qədər baş verəcək.
Maraq üçün onu da qeyd edək ki, Fransada digər peşəkar klubların məşqçiləri arasında belə problemlə daha bir mütəxəssis də üzləşib. O isə Liqa 2-də çıxış edən “Soşo”nun köməkçi-məşqçisi Jerom Monyedi.