• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma / AÇ

14-10-2023, 12:0

10 ballıq sistemlə

Şahruddin Məhəmmədəliyev – 7,0
Komandamızın heyətində ən yaxşılardan idi. Türkiyədə çox forma şansı qazanmasa da, dünən, demək olar ki, səhvsiz oynadı. 5 kritik seyvlə yadda qalan qapıçının yeganə problemi irəli göndərdiyi bəzi ötürmələrin qeyri-dəqiq alınması idi. Amma bu çatışmazlıq da uğurlu oyunun kölgəsində qaldı.

Elvin Cəfərquliyev – 6,5
Oyunun əvvəlində bəzi səhvlərə yol versə də, ümumi performansı hər kəsi qane etdi. 90 dəqiqə meydanda olan cinah oyunçusu həm müdafiəyə, həm də hücuma davamlı dəstək verməklə yadda qaldı. Bu cəhətdən bəzi xırda səhvləri görməzdən gəlmək olar. Elvin həm də 9-cu dəqiqədə “Qarabağ”da da komanda yoldaşı olan Torala qol ötürməsi verdi.

Anton Krivotsyuk – 7,0
Müdafiəçinin oyuna hazırlıq səviyyəsini hələ 17-ci dəqiqədə Cəfərquliyevin səhvini “sığortalayarkən” gördük. Yarım saatın tamamında Anton daha bir epizodda xüsusi fərqlənməklə müdafiəmizin estonlara qarşı keçilməz olduğunu göstərdi. Ümumiyyətlə, dünən müdafiənin mərkəzini qoruyan iki futbolçu tam təmkinli və risksiz oynadı. Estoniya kimi rəqiblərə qarşı maksimal nəticə əldə etmək üçün tələb olunan da məhz belə sadə və səhvsiz oyundu.

Höccət Haqverdi – 6,5
Estonların qapımıza yol tapa bilməməsində xüsusi əməyi olanlarda biri də Höccətdi. Hiss olunurdu ki, müdafiəçi səhv etməkdən çox çəkinir. Elə bu məqsədlə də top onda olarkən təmkinli və risksiz oyun müşahidə edirdik. Höccətin tez-tez geriyə, Şahruddinə doğru oynaması təəccüblü deyil. De Byazini onu yığmaya çağırdığı üçün daim tənqid edirlər. Höccət dünən özünü sübut etməyə çalışdı və bunu müəyyən mənada bacardı.

Rahil Məmmədov – 6,0
Digər müdafiəçilərlə müqayisədə ən çox səhvə yol verən futbolçularımızdan biri oldu. Rahilin irəli göndərdiyi topların çox az qismi ünvanına çatırdı. Adi mübarizə epizodunda qaydanı pozaraq sarı vərəqə ilə cəzalandırılmasını da vurğulamaq lazımdı. Bu görüşdə qiymətini yüksəldən əsas amil yığmaya penalti qazandırması oldu. “Qarabağ”ın müdafiəçisinin müsbət mənada yadda qaldığı əsas epizod məhz bu idi.

Bəxtiyar Həsənalızadə - 5,0
Passivinə sarı vərəqə yazdırmış və elə də parlaq oyun nümayiş etdirməyən Rahili əvəz edən Bəxtiyar qısa vaxt ərzində müdafiəmizin keçilməz qalması üçün əlindən gələni etdi. Rəqibin məhz onun cinahından yaranan bəzi təhlükəli hücumları olsa da, ümumilikdə oyuna o qədər də pis qoşulmadı.

Toral Bayramov – 7,0
Erkən qolla meydan sahiblərini məyus etməyi bacardı. 9-cu dəqiqədə Elvinin qapı qarşısına əla ötürməsini baş zərbəsi ilə qapının yaxın küncünə göndərdi. Estonlar hücumlarını daha çox mərkəzdən və digər cinahdan inkişaf etdirdikləri üçün Toral özünü Elvin qədər yormadı. Təəssüf ki, “Qarabağ”ın şərəfini qoruyan cinah müdafiəçisi 2-ci hissədə görünmürdü. Elə bu səbəbdən De Byazi onu sona 15 dəqiqə qalmış Qismət Alıyevlə əvəzlədi.

Aleksey İsayev – 5,0
Millinin heyətində ən zəif performans göstərən futbolçulardan biri idi. Oyunun əvvəllərində onun əvvəllər Qara Qarayevin daşıdığı dağıdıcı oyunçu funksiyasını üzərinə götürdüyünü görsək də, sonradan komandanın oyununa heç bir əlavə töhfə verə bilmədiyi aşkar göründü. Bəzi kombinasiyalarda fəal iştirak etsə də, başqa heç nə ilə yadda qala bilmədi və 69-cu dəqiqədə Elvin Camalovla əvəzləndi.

Elvin Camalov – 4,5
Son 21 dəqiqədə meydanda olan Elvin haqda deyiləsi çox söz yoxdu. Oyuna çox passiv qoşulan yarımmüdafiəçi bir o qədər də səliqəsiz oynadıb, orta xətdə müəyyən boşluqlara yol açdı. Yaxşı ki, De Byazi onu start heyətinə salmamışdı.

Coşqun Diniyev – 6,0
Əksər epizodlardan qalib ayrılmağı bacardı. Oyunun əvvəlində Coşqunla Alekseyin eyni dərəcədə passiv olduğunu görürdük. Lakin sonradan “Umraniyəspor”un üzvü daha istəkli oynadı. Doğrudu, bəzi epizodlarda ötürmələrin dəqiqliyinə fikir vermir, topu kor-koranə uzaqlaşdırmağa çalışırdı. Amma ümumilikdə sona qədər inamlı təsir bağışladı.

Emin Mahmudov – 6,5
Komandamızın ilk qol hücumunun fəal iştirakçısı olan kapitanın performansı dünən gözləntilərin çox altında idi. İstənilən halda, bir çox təhlükəli hücumun qurulmasında iştirak etdi, uğurlu ötürmələrlə yadda qaldı. Penalti şansını Ramil Şeydayevə ötürməsi də, təbii ki, yaddan çıxmayıb.

Ramil Şeydayev – 7,0
Ən çox tər tökən futbolçulardan biri idi. Öndə uğurlu driblinqlər, davamlı pressinq tətbiq edərək oynamaq asan iş deyil. Ramil 90 dəqiqədən artıq vaxt ərzində vəzifəsinin öhdəsindən layiqincə gəldi. Penaltini də ustalıqla yerinə yetirərək yığmaya ikinci qolun sevincini yaşatdı.

Mahir Emreli – 6,5
İlk dəqiqələrdə passiv görünsə də, sonradan nə qədər istəkli olduğu ortaya çıxdı. Bir neçə dəfə rəqiblərini uğurla keçərək “çərçivə”ni uzaqdan nişan alsa da, heyif ki, baxımlı qol vurmaq istəyinə çata bilmədi. Bəlkə də sona qədər meydanda qalsaydı, rəqib qapıçını üçüncü dəfə məyus edə bilərdi. Özü də bunun fərqində olduğu üçün De Byazi onu əvəzləyərkən narazılığını gizlətmədi. Dünən passivinə lazımsız sarı vərəqə yazdıranlardan biri də Mahir oldu.

Renat Dadaşov – 5,0
70 dəqiqə meydanda davamlı pressinq edən, rəqibin müdafiə xəttini təzyiq altında saxlayan Mahiri əvəzləyən Renat da eyni üslubda mübarizə aparmağı seçdi. Hətta sonda çox yaxşı şanslar da əldə etdi, lakin bunları dəyərləndirməyi bacarmadı. Bunlardan biri qapıçı ilə üzbəüz qaldığı və topu onun üzərinə vurduğu epizod idi. İkincisi isə final fitindən saniyələr öncə yaşandı. Renatın Şeydayev istiqamətinə verdiyi ara ötürməsi o qədər pis alındı ki, yığmamız bəlkə də üçüncü qoldan oldu. Yenə də 20 dəqiqə meydanda olan “Hatayspor”lu forvard komandanın uğuru üçün xeyli tər tökdü.

Filip Ozobiç – qiymətsiz
Qismət Alıyev – qiymətsiz


ADİL NƏHMƏTLİ

Paylaş:
Digər xəbərlər

Yığma

28-03-2023, 14:0

Yığma üzvlərinin Avstriya ilə oyunda qiymətləndirməsi

Yığma / Manşet

28-03-2023, 21:0

Yığma üzvlərinin İsveçlə oyunda qiymətləndirməsi

Yığma / AÇ

20-06-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma

12-09-2023, 12:0

Milli üzvlərinin Belçika ilə oyunda qiymətləndirməsi

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 195
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə