• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin qiymətləndirməsi

Yığma / AÇ

20-06-2023, 13:0

Millimiz AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb. Yığmamız F qrupunun 3-cü turunda Estoniyanı qəbul edib. "Dalğa Arena"da keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

"Football-plus.az" yığma üzvlərinin qiymətləndirməsini təqdim edir:

(10 ballıq şkala üzrə)

Şahruddin Məhəmmədəliyev – 6,0
Şahruddin olmasaydı, bəlkə də estonlar matçın taleyini ilk hissədə həll edəcəkdi. İlk 45 dəqiqədə qolkiper ən azı iki dəfə komandasını real qoldan xilas etdi. Qonaqlar fərqlənərkən onun səhvinin olmadığını da qeyd etmək lazımdı.

Bəhlul Mustafazadə - 5,5
Mərkəz müdafiəçisi 90 dəqiqəni heç də eyni tempdə keçirə bilmədi. Xüsusilə ilk yarıda o qədər də xoş təsir bağışlamadı. Bəzən inamlı oynayıb rəqibin futbolçuları bağlaya bilirdisə, bəzən də qarşısındakı oyunçunun onu çox asanlıqla keçməsinə imkan verirdi.

Bədavi Hüseynov – 5,5
Bədavi barədə də birmənalı fikir səsləndirmək çətindi. Birinci hissədə komandanın bərbad oyunu fonunda mərkəz müdafiəçisi seçilirdi. Ancaq parlaq çıxış etdiyini də demək olmaz. Xüsusilə birinci ötürmələri çox vaxt ünvana çatmırdı ki, bu da top itkisinə, rəqibin yenidən hücuma keçməsinə şərait yaradırdı. Rəqibin qapısı istiqamətində yaddaqalan bir zərbəsi isə “çərçivə”dən cüzi fərqlə aralı keçdi.

Höccət Haqverdi – 3,0
Yığmadakı ilk oyunlarına stopper kimi çıxan müdafiəçi sağ cinaha çəkiləndən sonra heç də özünə bənzəmir. Ancaq nədənsə istər klubunda, istərsə də millidə baş məşqçilər onu məhz müdafiənin sağında oynadır. “Milliləşdirilən” futbolçu ötən şənbə bəlkə də ən zəif oyunlarından birini keçirdi. Formada olmadığı xüsusilə 21-ci dəqiqədə özünü büruzə verdi. Höccət topun meydanı tərk edəcəyini düşündüyündən sona qədər qaçmadı. Bundan istifadə edən rəqib futbolçu topun çıxmasına imkan vermədi. Haqverdi həmin an belə özünə əziyyət verib 38 yaşlı Konstantin Vasilyevin üstünə getmədi. Yaxşı ki, Bəhlul vaxtında komanda yoldaşının səhvini “sığortaladı”. Əks halda, kim bilir hücum necə yekunlaşacaqdı. De Byazi Höccətin formada olmadığını oyunun gedişində hiss etdi və bu səbəbdən fasilədə əvəzlədi.

Elvin Cəfərquliyev – 3,0
Növbəti dəfə “Qarabağ”la müqayisədə millidə fərqli Elvin gördük. Klubunda daim hücumlara dəstək verən, sürəti ilə rəqiblərə başağrı olan Cəfərquliyev şənbə günü “Dalğa Arena”da itib-batmışdı. Müdafiənin solunda çıxış edən futbolçu nə hücuma istənilən səviyyədə qoşulur, nə də müdafiədə xoş təsir bağışlayırdı. Bu üzdən fasilədə əvəzlənənlər arasında o da var idi.

Elvin Camalov – 4,0
Fərdi planda heç də pis görünmürdü. Meydanın mərkəzində, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən “Sabah”ın kapitanı ikili mübarizələrdə inamlı idi, dağıdıcı kimi işinin öhdəsindən gəlirdi. Çatışmayan cəhəti “ikinci mərtəbə”də zəif olması idi ki, bu da fiziki göstəricilərindən irəli gəlirdi. Fasilədə əvəzlənməsinə gəlincə, böyük ehtimalla baş məşqçinin taktiki gedişinə görə oldu.

Emin Mahmudov – 5,5
Məhz kapitanın kornerdən asmasından sonra Anton hesabı bərabərləşdirməyi bacardı. İlk hissədən fərqli ikinci yarıda daha xoş təsir bağışladı. Birinci 45 dəqiqənin sonlarına yaxın “çərçivə”yə gedən zərbəsi də yaddaqalan oldu. Ümumilikdə isə millinin lideri kimi ümidləri doğrultmadı.

Aleksey İsayev – 3,5
“Milliləşdirilən” yarımmüdafiəçi hələ də klubundakı oyunu yığmada nümayiş etdirə bilmir. İsayev “Sabah”ın “düşünən beynidi”, amma ölkənin əsas komandasında sanki hələ də ansambla uyğunlaşa bilmir. İkinci hissədə - yığma daha xoş təsir bağışladığı dəqiqələrdə də ümidləri doğrultmadı.

Mahir Emreli – 4,0
İlk dəqiqələrdən fəal olmağa, kreativ oynamağa çalışsa da, komandanın bərbad çıxışı ona da təsir etmişdi. Yalnız hissənin sonlarına yaxın oyunu alınmağa başladı. İkinci yarıda da nəsə etməyə çalışırdı. Ancaq təəssüf ki, Mahir hələ də yığmada kəmiyyəti keyfiyyətə çevirə bilmir.

Ramil Şeydayev – 4,0
Yığmada çıxış etməyə başlayandan estonlarla oyunun birinci hissəsi Ramil üçün ən uğursuz 45 dəqiqə kimi yadda qalacaq. İlk yarıda, demək olar, heç nə alınmadı. Nə ayağında top saxlaya bildi, nə ikili mübarizə uddu, nə də hücumları kəskinləşdirdi. Fasilədən sonra isə oyununda dönüş yaratdı ki, bu da hesabda əksini tapdı. Məhz Şeydayevin həmləsindən sonra yığma künc zərbəsi vurmaq hüququ qazandı ki, o da qolla nəticələndi.

Renat Dadaşov – 3,0
Şənbə günü meydanda ən “zəif bənd”lərdən biri də qürbətçi-futbolçu idi. Renat da hələ ki yığmada ən yüksək keyfiyyətlərini ortaya qoya bilmir. Əslində meydanda olduğu 80 dəqiqədə topla təchiz olunmayan forvarddan qeyri-adi nəsə gözləmək də absurddu.

Qismət Alıyev – 4,0
Fasilədə Höccəti əvəzləyən müdafiəçi fəal təsir bağışladı, öz cinahında inamlı göründü. Ən azı səhvsiz oynamaqla heç-heçədə pay sahibi oldu.

Toral Bayramov – 4,5
Fasilədən sonra meydana çıxan “Qarabağ”ın futbolçusu cinah müdafiəçisi kimi oynamalı olsa da, daha çox hücumlara dəstək verməklə yadda qaldı. Bu da komandanın ikinci hissədə beşli müdafiəyə keçməsindən qaynaqlanırdı. Topla daha çox təmasda olan Bayramov əvəzlədiyi Elvindən faydalı oldu. Onun son saniyələrdəki keçidindən sonra Ozobiç əlverişli zərbə mövqeyinə çıxdı və dirəyi nişan almaqla yadda qaldı.

Anton Krivotsyuk – 6,0
İkinci yarıda meydana çıxmasına baxmayaraq, oyuna çox uğurlu qoşuldu. Müdafiədə işi çox olmasa da, rəqibin nadir hücumları vaxtı inamlı təsir bağışlayırdı, xüsusilə də “ikinci mərtəbə”də. Fərqləndiyi epizodda isə rəqib müdafiəçilərdən məharətlə sıyrılıb başla dəqiq oynadı.

Filip Ozobiç – qiymətsiz
Musa Qurbanlı – qiymətsiz


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

17-06-2023, 21:0

Millimiz Estoniyaya da qalib gələ bilmədi - YENİLƏNİB

Yığma

28-03-2023, 14:0

Yığma üzvlərinin Avstriya ilə oyunda qiymətləndirməsi

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə