• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığma üzvlərinin Avstriya ilə oyunda qiymətləndirməsi

Yığma

28-03-2023, 14:0

Yusif İmanov – 4,0
Gənc qapıçının debütü o qədər də uğurlu alınmadı. Xüsusilə ikinci qolda top onun səhvindən sonra tora daxil oldu. İlk dəqiqələrdən həyəcanı aşkar hiss olunurdu. Buna baxmayaraq, “Sabah”ın qolkiperinin 8 seyv etdiyini də vurğulamaq lazımdı.

Bəhlul Mustafazadə - 4,5
“Qarabağ”ın futbolçusu millinin müdafiə xəttində seçilən yeganə sima idi. Bəlkə də o olmasaydı, hesab daha acınacaqlı olardı. Özü səhvsiz oynamaqla yanaşı, demək olar, müdafiəçilərin hamısını “sığortalayırdı”. İdeal performans ortaya qoymasa da, qənaətbəxş oyun sərgilədi. Epizodların birində başla fərqlənsəydi, bizdən daha yüksək qiymət alacaqdı.

Bəxtiyar Həsənalızadə - 2,5
Bəxtiyarın kobud səhvindən sonra meydan sahibləri ikinci dəfə fərqləndi ki, bu da komandanı “sındırdı” desək, yanılmarıq. Yeri gəlmişkən, debütdə daha bir kobud səhvə yol versə də, həmin epizodda bəxtimiz gətirmədi. “Sabah”ın müdafiəçisi özünü doğrultmadığından fasilədə əvəzləndi.

Höccət Haqverdi – 2,5
Sağ cinahın təhlkükəsizliyinə cavabdehlik daşıyan müdafiəçi çox “ağır” görünürdü. Nə hücumlara dəstək verirdi, nə də müdafiəyə köməyi dəyirdi.

Elvin Cəfərquliyev – 3,0
Oyunun əvvəlində inamlı görünən Elvin ikinci qoldan sonra gözdən itdi. Artıq hərəkətlərə yol verməklə komanda oyunundan “qopurdu”. Bir sözlə, “Qarabağ”da gördüyümüz Cəfərquliyevi Lintsdə kölgədə qaldı.

Eddi İsrafilov – 2,5
“Neftçi”nin dayaq yarımmüdafiəçisinin də oyunu alınmadı. Bəzən inamlı görünən İsrafilov bəzən də lazımsız hərəkətlərə yol verirdi ki, onlardan biri də qayda pozuntusu ilə nəticələndi. Meydan sahibləri 3-cü qolu məhz həmin cərimə zərbəsindən vurdu.

Riçard Almeyda - 2,5
Meydanda olduğu müddətdə “milliləşdirilən” braziliyalının hansı funksiyanı yerinə yetirdiyi qaranlıq qaldı. Bilinmədi ki, təcrübəli futbolçu meydanın dərinliyinə çəkilib müdafiə ilə hücum arasında “körpü” olmalıdı, yoxsa standart dağıdıcı yarımmüdafiəçi kimi çıxış etməlidi. Qısası, Riçard da ümidləri doğrultmadı.

Emin Mahmudov – 5,0
Cari seçmə tsikldə qol hesabını açan “8” nömrə ilk 15 dəqiqədə çox fəal təsir bağışladı. Vaxt ötdükcə kölgəyə çəkilən Emin oyunun müəyyən zaman kəsiyində çox fəal görünsə də, ona çox top çatmadığından hücumları inkişaf etdirə bilmirdi.

Özan Can Kökçü – 2,0
Bəxtiyar kimi kobud səhvə yol verməsə də, meydanda olduğu müddətdə varlığı ilə yoxluğu hiss olunmadı.

Ramil Şeydayev – 3,0
Həmişəki kimi fəal görünsə də, faydalı iş əmsalı aşağı idi. Ramildə heç nə alınmadı. O da ilk 15 dəqiqədə seçilənlərdən idi. Sonradan qeybə çəkildi. Avstriyanın vurduğu 4-cü qol zamanı rəqib futbolçunu, daha dəqiq desək, Baumqartneri nəzarətsiz buraxdı.

Renat Dadaşov – 3,0
Oyunun böyük hissəsində topsuz qaldı. Bu səbəbdən heç nə ilə yadda qalmadı. Forvard top almaq üçün meydanın dərinliyinə çəkilmək məcburiyyətində idi. Məhz bu üzdən bitiricidən çox pleymeyker kimi nəzərə çarpdı.

Namik Ələskərov – 3,0
Fasilədə Kökçünün yerinə meydana çıxan futbolçu ondan bir qədər fəal göründü. Amma hansısa faydalı hərəkətlə yadda qalmadı.

Anton Krivotsyuk – 4,0
Fasilədə Həsənalızadəni əvəzlədi. Ümumilikdə pis təsir bağışlamadı. Bəxtiyardan daha yaxşı olduğuna dair isə mübahisə etməyə dəyməz.

Azər Əliyev – 4,0
Yığmada debüt edən “Neftçi”nin futbolçusu ilk oyun üçün heç də pis görünmədi. İnamlı təsir bağışlayan Azər Eminin fərqləndiyi epizodda məhsuldar ötürmə verdi.

Elvin Camalov – 3,0
60-cı dəqiqədə Eddini əvəzləyən Camalov gözə çox dəymədi. Çoxlu ötürmə səhvinə yol verdi, komandaya faydalı olduğunu söyləmək çətindi.

Aleksey İsayev – qiymətsiz

(10 ballıq şkala üzrə)

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma / Yazarlar

25-03-2023, 22:0

De Byazinin eksperimenti, Ranqnikin darmadağını - TƏHLİL

Yığma

18-03-2023, 10:0

Millimizin Avstriya və İsveçlə oyunlar üçün heyəti açıqlandı

Ölkə futbolu / Manşet

31-10-2022, 13:0

Fərhad Vəliyev: “Ya özgüvəni həddən artıqdı, ya da risk etməyi sevir”

Premyer-liqa

7-02-2023, 17:0

“Neftçi” – “Sumqayıt” matçından nələr yaşandı? - REPORTAJ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
Daha çox
Oxunub: 175
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 91
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə