• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milli üzvlərinin Belçika ilə oyunda qiymətləndirməsi

Yığma

12-09-2023, 12:0

(10 ballıq sistemlə)

Şahruddin Məhəmmədəliyev - 5,0
Qapıçı özünü yaxşı tərəfdən göstərdi. 4-cü dəqiqədə dirəkdən qayıdan top daha dəqiq nişan alınsa, qol olacaqdı. Çünki Şahruddin yetərincə irəli atılmamışdı. Bundan sonra qapıçı 6 qurtarışla yadda qaldısa, buraxdığı 1 qolla rəqibi sevindirdi. Karraskonun zərbəsiylə tora qovuşan top yönünü dəyişdiyindən qapıçıda çaşqınlıq yaratdı. Düzdü, Şahruddin əvvəlki yerində qalsaydı, topu qaytaracaqdı. Bununla belə, onu qınamaq olmur.

Bəhlul Mustafazadə - 5,5
Müdafiəçi Belçika sınağında özünü sübut etdi. Bəhlul hər kəsin ulduz saydığı Lukakuya qarşı inamlı mübarizə apardı. Dəfələrlə rəqibin təhlükəli hücumlarına sədd çəkdi. Hətta müdafiəçinin keçilməzliyi qarşı tərəfdə onu zədələmək istəyi yaratmışdı. Matçdan sonra jurnalistlərə açıqlamasında mübarizədən zövq aldığını deyən futbolçu eyni hissləri azarkeşlərə də aşıladı.

Rahil Məmmədov - 5,0
Mərkəz müdafiəçisi məsuliyyətli çıxış etdi. İşini qüsursuz gördüyünü demirik, lakin ciddi səhvdən də söhbət getmir. Rahil Lukaku, Bakayoko və Karrasko kimi təcrübəli hücumçulara qarşı inamlı oynadı. Təbii ki, burda beşli müdafiə xəttinin rolunu qeyd etmək lazımdı.

Anton Krivotsyuk - 4,5
Son cinah Ukrayna əsilli müdafiəçiyə tapşırılmışdı. O, rəqibin sürətli hücumları zamanı əziyyət çəkirdi. Həyəcanlı və tələsik oyun sərgilədiyindən yalnış ötürmələrlə yadda qaldı. Təzyiq lazımi epizodlarda zonasını qapatmağa mane olurdu. Yaxşı ki, komanda yoldaşlarının dəstəyi ilə toparlanıb faydalı iş əmsalını artırdı. Bundan sonra belçikalıların cərimə meydançasında asma və ötürmələr etməsi çətinləşdi.

Elvin Cəfərquliyev - 5,0
Elvin müdafiə xəttinin əsas dirəklərindən oldu. Bəhluldan sonra onu tərifləməyə haqqımız var. Çünki rəqib hücumçulara yaratdığı çətinliklə ön planda idi. Sol cinahı qorusa da, digər mövqelərə də müdaxilə edirdi. O, 74-cü dəqiqədə topu rəqibdən alaraq qapıya çatdı və həlledici zərbəni özü vurdu. Lakin həm xəsisliyi, həm də qapını qeyri-dəqiq nişan alması üzündən əziyyəti puç oldu.

Coşqun Diniyev - 4,5
"Ümraniyəspor"un oyunçusu ümumilikdə qənaətbəxş çıxış etdi. Dəqiq desək, az qala kobud səhvi üzündən qonaqlar fərqi artıracaqdı. Şahruddinin uğurlu seyvi Diniyevin üzündən yaranan təhlükəni aradan qaldırdı. Futbolçu növbəti dəqiqələrdə “günahını yudu". O, hücum cəhdlərində rəqibə çətin anlar yaşatdı. Bəzi hallarda isə məsuliyyəti üzərinə götürüb risk etdi. Kastels 65-ci dəqiqədə onun uzaqdan zərbəsini zərərsizləşdirdi. Qoldakı kobud səhvinə görə qiymətini azaltmağa məcburuq.

Emin Mahmudov - 4,5
Kapitan öhdəliklərini layiqincə yerinə yetirə bilmir. Oyunun əvvəlində real qol şansından yararlansaydı, hər şey fərqli ola bilərdi. Önünə düşən topu müdafiəçiyə vurdu. Burda qapıçının yerdə qaldığını və hadisələrə müdaxilə şansının minimum olduğunu qeyd etməliyik. Hər halda, kapitan sarğısıyla yüzfaizlik qol imkanını qaçırmaq uzlaşmır. Künc zərbəsindən birbaşa qol vurmaq istəyi də reallaşmadı. Bundan sonra Eminin "dişə vurulası" epizodunu görmədik.

Toral Bayramov - 4,5
22 yaşlı cinah müdafiəçisini ilk yarıda hiss etmədik. Komandaya faydalı olmaq istəsə də, ortaya iş qoymadı. Eminin yerinə yetirdiyi künc zərbəsində topu ələ keçirən oyunçunun qol vurmaq cəhdi boşa çıxdı. Görünür, Toral buna qətiyyən hazır deyildi. Yəqin ki, topun ona çatacağına inanmamışdı.

Mahir Emreli - 4,5
De Byazi 62-ci dəqiqədə Toralı Mahirlə əvəzlədi. Müdafiəçinin əvəzinə meydana çıxan hücumçudan gözləntilər haqlı olaraq böyük idi. Lakin 1 ay əvvəl Çempionlar Liqasında Qazaxıstan "Astana"sına qol vuran, Xorvatiya çempionatında çıxdığı 4 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu bu dəfə özünü yaxşı tərəfdən göstərə bilmədi.

Aleksey İsayev - 4,5
Yarımmüdafiəçi komanda yoldaşlarından aşkar geri qalırdı. Elvin və Anton "Sabah"ın futbolçusunu "sığortalamasaydı”, indi daha ciddi səhvləri qeyd edəcəkdik. Yaxşı ki, müdafiə xəttimiz çoxbilmiş belçikalıların məhz onun buraxdığı boşluqlardan yararlanmasına mane olurdu. Nəhayət, bunu müşahidə edən De Byazi 62-ci dəqiqədə onu əvəzlədi.

Emil Səfərov - 5,0
“Qəbələ”nin hücumameyilli yarımmüdafiəçisi yığmada debüt etdi. Onda ciddi çatışmazlıq hiss olunmadı. Həyəcanlı da deyildi. Əskinə, bir neçə oyunluq təcrübəsi varmış kimi Alekseyin əvəzinə meydana atıldı. Bir neçə dəfə müdafiədə rəqibi zərərsizləşdirdi, əks-hücumların qarşısını aldı. Debütü məğlubiyyətlə əlamətdar olsa da, fərdi keyfiyyətlərini göstərə bildi.

Renat Dadaşov - 5,0
Hücumçu gözləri yolda qoydu. Amma Ramilin 31-ci dəqiqə qapı önünə göndərdiyi topu başla "çərçivə"yə salmaq cəhdi pis deyildi. Belçikalı qapıçı qolun qarşısını əla seyvlə almasaydı, bəlkə başqa Renat izləyəcəkdik.

Musa Qurbanlı - 5,0
Baş məşqçi hesabı bərabərləşdirmək üçün yorğun Renatı Musayla əvəzlədi. Bu, yanlış qərar deyildi. Çünki hücumçunun İsveç çempionatına uyğunlaşması və qollar vurması ümidlənməyə imkan verirdi. Ya baş məşqçi Musanı meydana gec buraxmışdı, ya da futbolçu oyunun axarına uyğunlaşa bilmədi. Hücumçu bir dəfə toru yandan sirkələdi. Növbəti dəqiqələrdə rəqibə ciddi təzyiq göstərməyi bacarsa da, qol vura bilmədi.

Ramil Şeydayev - 6,0
Bəhlul müdafiənin dirəyiydisə, Ramil də hücumun ulduzu oldu. 31-ci dəqiqədə Renata yaxşı cinah asması verdi. 33-cü dəqiqədə isə özü qapıçını “yoxladı”. Ramilin effektli zərbələrini Kastels qarşılayırdı. Buna baxmayaraq, futbolçu ruhdan düşmür, bəzən müdafiəçilərə kömək edir, bəzən də hücum cəhdlərində pay sahibi olurdu.

Yusif Nəbiyev - qiymətsiz

Filip Ozobiç - qiymətsiz


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma

9-09-2023, 15:0

Azərbaycan - Belçika: START HEYƏTLƏR

Premyer-liqa

13-05-2022, 11:0

Şahruddin üçün əlamətdar tur

Yığma / AÇ

20-06-2023, 13:0

Yığma üzvlərinin qiymətləndirməsi

Aktual
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Son xəbərlər
  • Bu gün, 18:54
    U-17 Liqa və Gənclər Liqasında püşk atıldı
  • Bu gün, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Bu gün, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Bu gün, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Bu gün, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Bu gün, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Bu gün, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Bu gün, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Bu gün, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Bu gün, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Bu gün, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Bu gün, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Bu gün, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə