Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer-04”ün baş məşqçisi Xabi Alonsonun müqaviləsinin detalları bəlli olub.
“Bild”in yazdığına görə, 41 yaşlı mütəxəssisin müqaviləsində ona gələn il üç kluba – “Real”, “Bavariya” və “Liverpul”a yollanacağı təqdirdə anlaşmanı pozmağa imkan verən bənd var. Ötən ilin oktyabrından leverkuzanlilərə rəhbərlik edən Alonsonun müqavilə müddəti 2026-nın yayına qədərdi.
Cari mövsümdə bundesliqada keçirdiyi 7 oyundan sonra 19 xal toplayan “Bayer-04” turnir cədvəlinə başçılıq edir. Bu komandanın “Qarabağ”ı oktyabrın 26-da qəbul edəcəyini də xatırladaq.