“Qolden Steyt” basketbolçuları Kaliforniyanın ən qədim, 1852-ci ildə açılan “San-Kventin” həbsxanasına baş çəkib.
"Football-plus.az" xəbər verir ki, klubun işçiləri və menecmenti ilə yanaşı, basketbolçulardan Kley Tompson, Kris Pol və Mozes Mudi də tədbirdə iştirak edib. Sərgi xarakterli görüşdə dustaqlar 85:80 hesabıyla qalib gəlib. Klub personalından fərqli ulduz basketbolçular oyuna qatılmayıb.