“Ulduzlar oyunu” harda keçiriləcək?

4.10.2023 15:55 232
İdman
MBA-da 2025-ci ildə Ulduzların oyunu “Qolden Steyt”in ev oyunlarını keçirdiyi “Çeyz Sentr”ə salınıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri “The Athletic” yayıb.

Adı çəkilən qaynaq rəsmi açıqlamanın bir müddət sonra veriləcəyini bildirir.

Xatırladaq ki, gələnilki “Ulduzlar oyunu” İndianapolisdə keçiriləcək. Əslində orda 2021-də keçirilməliydi, sadəcə, təxirə salındı. “Qolden Steyt”in ev oyunlarını keçirdiyi arena isə bu oyunu sonuncu dəfə 2000-ci ildə qəbul edib.