“Qolden Steyt”in üzvləri Ağ Evdə

19.01.2023 22:30 206
İdman
“Qolden Steyt”in oyunçuları və məşqçiləri sonuncu çempion kimi Ağ Evə yollanaraq, ABŞ prezidenti Co Baydenlə görüşüb.

Final seriyasının ən dəyərli oyunçusu Stefen Karri dövlətin birinci şəxsinə 46 (axı Bayden ABŞ-ın 46-cı prezidentidi) , vitse-prezident Kamala Harrisə isə 1 nömrəli maykanı bağışlayıb. “Qolden Steyt” son 8 ildə 2-ci dəfə Ağ Evdə olub. Komanda 2014/15 mövsümünün qalibi kimi də bu şərəfə layiq görülmüşdü. “Uorriorz” 2017-ci və 2018-ci illərdə də çempion olub, sadəcə, siyasi mülahizələr üzündən onda prezidentlə görüşməmişdi.