Millimiz məğlub oldu

11.10.2023 23:22 182
Yığma
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinə start verib.

"Football-plus.az" xəbər verir ki, komandamız Skopyedə Şimali Makedoniyanın qonağı olub. Görüş rəqibin qələbəsi ilə nəticələnib - 40:17.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.