AÇ-2024: Daha 8 oyun - YENİLƏNİB

28.03.2023 01:00 314
AÇ / Manşet
Bu gün AÇ-2024-ün seçmə mərhələsində 2-ci turun daha 8 oyunu keçiriləcək.

"Football-plus az" xəbər verir ki, bütün qarşılaşmalar saat 22.45-də start götürəcək.

B qrupunda Niderland millisi Cəbəllütariqi, İrlandiya yığması Fransanı qəbul edəcək. E qrupunda Albaniya Polşanın, Çexiya Moldovanın qonağı olacaq.

F qrupunda Azərbaycan millisi İsveçlə, Avstriya Estoniya ilə səfərdə qarşılaşacaq. Nəhayət, G qrupunda isə Macarıstan Bolqarıstanı, Monteneqro Serbiyanı sınağa çəkəcək.

AÇ-2024, seçmə mərhələ

2-ci tur

27 mart

B qrupu


Niderland - Cəbəllütariq 3:0

İrlandiya - Fransa 0:1

Xal durumu: Fransa - 6, Yunanıstan - 3, Niderland - 3, İrlandiya - 0, Cəbəllütariq - 0.

E qrupu

Polşa - Albaniya 1:0

Moldova - Çexiya 0:0

Xal durumu: Çexiya - 4, Polşa - 3, Moldova - 2, Farer adaları - 1, Albaniya - 0.

F qrupu

İsveç - Azərbaycan 5:0

Avstriya - Estoniya 2:1

Xal durumu: Avstriya - 6, Belçika - 3, İsveç - 3, Estoniya - 0, Azərbaycan - 0.

G qrupu

Macarıstan - Bolqarıstan 3:0

Monteneqro - Serbiya 0:2

Xal durumu: Serbiya - 6, Monteneqro - 3, Macarıstan - 3, Bolqarıstan - 0, Litva - 0.