“Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid ABŞ basketbol yığmasının baş menecerini xəbərdar edib ki, gələn il keçiriləcək Paris Olimpiadasında milli komandanın heyətində olmaq istəyir.
"Footbll-plus.az" xəbər verir ki, 29 yaşlı basketbolçu yayda Fransa yığmasının heyətində dünya çempionatına yollanmaqdan boyun qaçırmışdı.
Kamerunlu Embiidin həm Fransa, həm də ABŞ vətəndaşlığı var. O, MBA-nın 2022/23 mövsümünün ən dəyərli oyunçusu sayılıb. Müntəzəm çempionatın 66 oyununda parket üzərinə çıxan ulduz hər oyunda orta hesabla 33,1 xal toplayıb, 10,2 ribaund edib və 4,2 məhsuldar ötürmə verib.
Embiid Olimpiadaya yollanmaq istəyir
İdman






