MBA-nın ən dəyərli oyunçusu DÇ-də olmayacaq

30.06.2023 17:29 269
İdman
“Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid basketbol üzrə builki dünya çempionatında çıxış etməyəcək.

Fransa yığmasının baş məşqçisi Vensan Kollenin dediyinə görə, basketbolçu hələ hansı milli komandanın şərəfini qoruyacağına dair qərar verməyib – onun həm Amerika, həm də Fransa vətəndaşlığı var.

“Football-plus.az” xəbər verir ki, dünya çempionatı 25 avqust – 10 sentyabr aralığında İndoneziya ilə Filippində keçiriləcək.

Embiid MBA-nın 2022/23 mövsümünün ən dəyərli oyunçusu sayılıb.

Müntəzəm çempionatda 66 oyuna çıxan mərkəz oyunçusu orta hesabla 33,1 xal toplayıb, 10,2 ribaund edib və 4,2 məhsuldar ötürmə verib.